Hansı banklar təmassız ödəmə texnologiyalarını dəstəkləyir? | Banco.az

Hansı banklar təmassız ödəmə texnologiyalarını dəstəkləyir?

Bank kartları pul vəsaitlərinin saxlanması, eyni zamanda ödənişlərin rahatlığı kimi üstünlüyü olsa da, artıq texnologiyanın inkişafı bank kartı olmadan da ödənişlərin həyata keçirilməsini mümkün edir. Texnologiyanın bank xidmətlərinə tətbiqi insanların yeni təmassız ödəmə ödəmə vərdişlərinin  yaranmasına səbəb olur.

Bank kartlarının rəqəmsallaşması kartlarda təmassız ödəmə funksiyasının olması ilə başladı. Başqa sözlə desək, NFC texnologiyasının bank kartlarına tətbiqi nəticəsində kartı sadəcə POS terminala yaxınlaşdırmaqla ödənişi həyata keçirmək mümkündür. 

İndi isə NFC texnologiyanın smartfonlara inteqrasiyası ilə fiziki olaraq bank kartı olmadan ödənişlərin telefon vasitəsilə həyata keçirilməsindən danışaq.

NFC nədir? Telefonla necə ödəniş etmək olar? NFC ingilis dilində, Near Field Communication, yəni yaxın məsafədən ödəniş deməkdir. Bunun üçün sadəcə smartfonunuzun və bankın mobil tətbiqinin bu texnologiyanı dəstəkləməsi lazımdır. NFC ödənişini telefonunun "tənzimləmələr"(ayarlar) bölməsindən aktivləşdirmək, daha sonra isə bankın mobil tətbiqində də bu funksiyanı aktivləşdirmək lazımdır. Ödəniş zamanı isə bankın mobil tətbiqinə daxil olaraq, bu texnologiya vasitəsilə ödəniş edəcəyiniz kartı seçməlisiniz. Bununla, kart olmadan sadəcə mobil telefonu POS terminala yaxınlaşdırmaqla ödənişlərinizi edə bilərsiniz.

Bəs hansı banklar NFC texnologiyasını dəstəkləyir və ya hansı bank kartları ilə telefonla ödəniş etmək mümkündür? Bu sualın cavabını aşağıdakı cədvəldən tapa bilərsiniz.

Yuxarıda bəhs etdiyimiz funksiya yalnız Android istifadəçiləri üçün nəzərdə tutulub. Keçən ilin sonlarından Azərbaycanda Apple Pay-in aktivləşməsi ilə İOS istifadəçiləri də öz telefon və ya saatları ilə də ödəniş edə bilirlər. Bunun üçün bank kartınızı həmin telefonun dəstəklədiyi elektron cüzdana (Apple Wallet) əlavə etməkk lazımdır. Lakin bu bütün banklara məxsus bank kartları üçün keçərli deyil. Bu funksiyadan yalnız aşağıdakı banklara məxsus kartlara sahib olduğunuz halda istifadə edə bilərsiniz. Başqa sözlə desək, Apple Pay xidmətindən istifadə etmək üçün 7 banka (ABB, Bank Respublika, Kapital Bank, PAŞA Bank, Rabitəbank, Unibank və Leobank) məxsus kartlardan istifadə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

Stikerlərin yaranması istənilən əşyanı ödəniş vasitəsi kimi istifadə etməyə şərait yaratdı. Belə ki, bu stikerlər mövcüd plastik karta bağlanılır və aparılan əməliyyatlar həmin kart üzrə həyata keçirilir. Əgər NFC və Apple Pay texnologiyaları yalnız smartfon və ya ağıllı saatlar üçün keçərlidirsə, stikerlərdə belə bir məhdudiyyət yoxdur. Belə ki, stikerləri istənilən əşyanın üzərinə yapışdırmaqla həmin əşya ilə ödəniş edə bilərsiniz. Yəni stikeriniz olduğu halda nəinki telefonla, eyni zamanda, çanta və ya digər daim istfadə etdiyiniz əşya ilə də ödəniş etmək mümkündür. Sadəcə burada əsas tələb POS terminalın oxunması üçün stikerləri düzgün yapışdırmaqdır. Hazırda 2 bankdan - Bank Respublika və Rabitəbankdan bu stikerləri əldə edə bilərsiniz. 

Kartdan istfadə etmədən ödəniş edə biləcəyiniz vasitələrdən biri də ABB-nin təklif etdiyi ödəniş üzükləridir. Əgər aksesuar kimi üzük istifadə etməyi sevirsinizsə, bu məhsul tam da sizin üçündür. Ödəniş edərkən isə üzüyü POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu üzüklər də stikerlər kimi aktiv bank kartı ilə əlaqələndirilir. Üzükləə ödəniş etdikdə, həmin bank kartının hesabından xərclədiyiniz məbləğ silinir.

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

nfc что это, nfc payment, что такое nfc на телефоне, как настроить nfc, как установить nfc на андроид, что значит nfc в телефоне, how nfc payment works, how to use nfc,apple pay card, apple pay payment, apple pay azerbaijan, nfc android

Ən sərfəli krediti almaq üçün müraciət et