Hansı banklar Apple Pay-i dəstəkləyir dəstəkləyir? | Banco.az

Hansı banklar Apple Pay-i dəstəkləyir dəstəkləyir?

Apple Pay Apple-da şirkətinin istifadəçilər üçün yaratdığı mobil ödəniş və rəqəmsal cüzdan xidmətidir.  Xidmətdən yalnız həmin şirkətin məhsullarının (iPhoneApple WatchiPad və Mac) istifadəçiləri yararlana bilər. İstifadəçilər uyğun iOS cihazları və bank kartları (kredit və ya debit) ilə məhsul və xidmət alarkən daha rahat ödəniş edir. Bir mobil telefon və ya saat bank kartını əvəz etdiyinə görə, artıq həmin kartları üzərimizdə daşımağa ehtiyac qalmır. Apple Pay üçün ödəmə həyata keçirməmişdən əvvəl ilk addım ödəniş kartını Wallet proqramına əlavə etməkdir. Bunun üçün "pul kisəsini" (Wallet) açın və "+" işarəsinə klikləyirsiniz. Daha sonra bank kartını skan və ya bankın üzərindəki məlumatları əl ilə daxil edirsiniz. Apple Watch-da bu xidməti aktivləşdirmək üçün isə iPhone-da Watch proqramını açıb, oradan həmin xidməti aktivləşdirə bilərsiniz. 

Həmçinin bax: Hansı banklar təmassız ödəmə texnologiyalarını dəstəkləyir?

Başqa üsulla isə bankın mobil tətbiqinə daxil olaraq istədiyiniz kartı “Apple Wallet-a əlavə et” düyməsinə klikləməklə əlavə edə bilərsiniz. Daha sonra “iPhone” və ya “Apple Watch” , yaxud da ikisini də seçirsiniz. Bəs iPhone-da Apple Pay-dən necə istifadə etmək lazımdır? Əgər telefonunuzda  Face ID varsa, bu zaman yan düyməni iki dəfə sıxırsınız. İdentifikasiyası üçün iPhone-a baxdıqdan sonra terminala yaxınllaşdırırsınız. Ödəniş edəcəyiniz kartı seçməklə ödəniş edirsiniz. ƏgərTouch ID olduqda isə barmağınızı sensorun üzərinə qoyub şəxsiyyətinizi təsdiqləyin. Daha sonra isə əvvəlki Face İD-də olduğu kimi prosesi davam etdirin. Apple şirkətinə məxsus saatlarda da yan düyməsi iki dəfə basmaq və saatın ekranını terminala yaxınlaşdırmaq lazımdır.

Ötən ilin sonlarından artıq Azərbaycanda da Apple Pay-in aktivləşməsi ilə İOS istifadəçiləri də öz telefon və ya saatları ilə də ödəniş edə bilirlər. Lakin bu bütün banklara məxsus bank kartları üçün keçərli deyil. Bu funksiyadan yalnız aşağıdakı banklara məxsus kartlara sahib olduğunuz halda istifadə edə bilərsiniz. Başqa sözlə desək, Apple Pay xidmətindən istifadə etmək üçün 7 banka (ABB, Bank Respublika, Kapital Bank, PAŞA Bank, Rabitəbank, Unibank, Xalq Bank) məxsus kartlardan istifadə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

nfc что это, nfc payment, что такое nfc на телефоне, как настроить nfc, как установить nfc на андроид, что значит nfc в телефоне, how nfc payment works, how to use nfc,apple pay card, apple pay payment, apple pay azerbaijan, nfc android

Ən sərfəli krediti almaq üçün müraciət et