Hansı banklar aktivlərindən ən yaxşı istifadə edirlər? - SİYAHI | Banco.az

Hansı banklar aktivlərindən ən yaxşı istifadə edirlər? - SİYAHI

Azərbaycanda fəaliyyət göstərən 30 bank bu ilin yanvar-sentyabr aylarını 522,7 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il oktyabrın 1-nə malik olduqları 31 363,3 milyon manat məbləğində aktivlərin 1,7%-i qədərdir.

Ayrı-banklarda isə sözügedən nisbət fərqlidir. Belə ki, yanvar-sentyabr aylarından mənfəətlə çıxmış 23 bank arasında aktivlərindən ən yaxşı istifadə edəni "Bank of Baku" ASC olub. Bu bankın əldə etdiyi mənfəət aktivlərinin 10,8%-ni təşkil edib. Baxmayaraq ki, "Bank of Baku" aktivlərinin məbləğinə görə ölkədə 22-cidir.

Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unibank" ASC tutub. Bu bank ötən 9 ayda aktivlərinin 8,5%-i qədər mənfəət əldə edib. Bu arada, "Unibank" aktivlərinin məbləğinə görə, 30 bank arasında 8-ci yerdə qərarlaşıb.

Mənfəətinin aktivlərinə nisbətinə görə 3-cü yerə isə 7,4%-lik göstərici ilə "Express Bank" ASC sahib olub. Baxmayaraq ki, bu bank aktivlərinin məbləğinə görə, ölkədə 19-cudur.

Mənfəətlə işləyən qalan 20 bankda isə sözügedən göstərici 0-4,2% arasında dəyişir.

Hesabat dövründə aktivlərindən ən pis istifadə edən bank isə İran Milli Bankının Bakı filialı olub. Bu maliyyə qurumu aktivlərinin 21,6%-i qədər zərərlə üzləşib.

 

 

 

Bankın adı

 

Bankın 9 aylıq

mənfəətinin / zərərinin

aktivlərinə nisbəti

1

Bank of Baku

10,8%

2

Unibank

8,5%

3

Express Bank

7,4%

4

Bank VTB Azərbaycan

4,2%

5

Bank Avrasiya

3,6%

6

Azərbaycan Beynəlxalq Bankı

3,5%

7

Kapital Bank

2,5%

8

Naxçıvan Bank

2,1%

9

Premium Bank

1,9%

10

PAŞA Bank

1,5%

11

Bank BTB

1,3%

12

Zıraat Bank Azərbaycan

1,3%

13

Bank Respublika

1,2%

14

Rabitəbank

1,2%

15

Xalq Bank

1,1%

16

Yapı Kredi Bank Azərbaycan

0,9%

17

AFB Bank

0,8%

18

Azərbaycan Sənaye Bankı

0,7%

19

Günay Bank

0,5%

20

Azər-Türk Bank

0,2%

21

Turan Bank

0,1%

22

Atabank

0,0%

23

NBC Bank

0,0%

24

Yelo Bank

-0,4%

25

AGBank

-0,5%

26

Muğan Bank

-1,5%

27

Pakistan Milli Bankı - Bakı

-2,8%

28

Amrah Bank

-4,2%

29

Access Bank

-11,0%

30

İran Milli Bankı - Bakı

-21,6%

 

Orta hesabla

1,7%

Ən sərfəli kredit üçün müraciət et

"Renkinq"

Ən sərfəli krediti almaq üçün müraciət et