"Gürcüstanın qaz tələbatını ödəmək Azərbaycan üçün böyük yük deyil" | Banco.az

"Gürcüstanın qaz tələbatını ödəmək Azərbaycan üçün böyük yük deyil"

“Gürcüstanın qaza olan tələbatının böyük hissəsini qarşılamaq Azərbaycan üçün böyük bir yük deyil”.

Bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.

Onun sözlərinə görə, hazırda Gürcüstanın təbii qazan olan illik tələbatı 2-2,5 mlrd. kubmetrdir, bunun da əsas hissəsini Azərbaycan təmin edir.

“Bu, bizim üçün onu qarşılamaq (tələbatı – red.) çətin bir iş deyil. Əlbəttə, biz mənfəət də götürürük. Lakin bu, Azərbaycanla müqayisədə kiçik bir tələbatdır. Azərbaycanın özünün qaza olan illik tələbatı 11 mlrd. kubmetrdir, Gürcüstanda bu göstərici təxminən 4 dəfə aşağıdır”, - deyə İ. Əhmədov qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

SOCAR-ın nümayəndəsi onu da əlavə edib ki, enerji təchizatı sahəsində Azərbaycanla Gürcüstan strateji tərəfdaşdırlar. Gürcüstan Azərbaycan enerji resurslarının xarici bazarlara çıxarılmasını təmin etmək üçün tranzit rol oynayır ki, bu da bu ölkənin əhəmiyyətini artırır: “Yəni, biz bir birimizə lazım olan və faydalı tərəfdaşlarıq”.

"Hazırda Tbilisi şəhərini istisna etməklə Gürcüstan regionlarında qazpaylayıcı şəbəkələri məhz SOCAR şirkəti tərəfindən idarə edilir. Bundan başqa, SOCAR bu ölkədə neft məhsullarının satışını da həyata keçirən şirkətlərdən biridir", - İ. Əhmədov vurğulayıb.

APA TV

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç