"Green Card"ın azərbaycanlı qaliblərinin müsahibələri Bakıda keçiriləcək? | Banco.az

"Green Card"ın azərbaycanlı qaliblərinin müsahibələri Bakıda keçiriləcək?

Sosial şəbəkələrdə "Green Card"ın Azərbaycandan olan qaliblərinin viza ilə bağlı müsahibələrinin Tbilisidə deyil, Bakıda keçiriləcəyi barədə məlumat yayılıb.

Yaranan suallarla bağlı ABŞ-ın Azərbaycandankı səfirliyi ünvanlanan sorğunu cavablayıb.

Səfirlikdən bildiriblər ki, Gürcüstan və Azərbaycan vətəndaşları və bu ölkələrdə yaşayan şəxslər üçün ABŞ-a immiqrant vizası əməliyyatları ABŞ-ın Tbilisidəki səfirliyində həyata keçirilir. Bu siyasətdə heç bir dəyişiklik yoxdur.

"COVID-19 pandemiyası ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfirliyi mütəmadi qeyri-immiqrant viza əməliyyatlarını həyata keçirə bilmir. Biz hal-hazırda yerli şərtlər, resurslar və təhlükəsizlik qaydaları çərçivəsində zəruri viza kateqoriyaları üçün mümkün olan sayda görüş vaxtları təyin edirik", - deyə məlumatda bildirilir.

trend.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram