"Google"un "ağıllı" maşınları ölümcül silah qismində istifadə oluna bilər | Banco.az

"Google"un "ağıllı" maşınları ölümcül silah qismində istifadə oluna bilər

Sürücüsüz hərəkət edən avtomobillər yol-nəqliyyat hadisələrinin sayının azalmasına gətirib çıxara bilər. Digər tərəfdən, Federal Tədqiqatlar Bürosu (FTB) xəbərdarlıq edir ki, avtomatik hərəkət edən nəqliyyat vasitələri təhdid doğurur və "ölümcül silah" qismində istifadə edilə bilər.

ABŞ xüsusi xidmət orqanlarının rəsmiləri hesab edir ki, "ağıllı" maşınlardan istifadə edən cinayətkarlar təqib zamanı tam sərbəst olaraq sərbəst hərəkət edən avtomobildən atəş aça bilərlər.

Başqa halda isə cinayətkarlar avtomobillərin təhlükəsizlik funksiyasını elə sazlaya bilərlər ki, işıqforları maneəsiz keçə və sürət məhdudiyyətini aşa bilsinlər.

Xatırladaq ki, "Google" şirkəti son 5 ildə gələcəyin avtomobillərinin yaradılması layihəsi ilə məşğuldur. Belə maşınlarda süni intellekt texnologiyası, "Google Street View" onlayn xəritəsinin məlumatları, GPS naviqatorlar, videokameralar və real vaxt rejimində ətraf ərazinin və yaxınlıqdakı obyektlərin 3D xəritəsini tərtib edən bir neçə sensor tətbiq edilib. "Ağıllı" avtomobillər elə proqramlaşdırılır ki, maneələri dəf edərək və yol hərəkəti qaydalarına riayət edərək təyinat nöqtəsinə təhlükəsiz çatmaq mümkün olsun.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et