Google texnologiya sahəsində lobbiçilik xərclərinə görə 1 nömrədir | Banco.az

Google texnologiya sahəsində lobbiçilik xərclərinə görə 1 nömrədir

Böyük texnologiya kompaniyalarının mərkəzi ofislərinin Silikon Vadidə yerləşməsi heç də o demək deyil ki, onların sözü Vaşinqtonda keçmir və ya səsləri eşidilmir. “Lobbying Disclosure Act” normalarına uyğun doldurulmuş sənədlər göstərir ki, Google, Facebook və Amazon kimi şirkətlər hər il milyonlarla vəsait sərf edərək, güclü hüquq-qanunvericiliyi tərtibçilərinə təsir etməyə çalışır.

Maraqlıdır ki, rüblük hesabatlar nəinki kompaniyaların xərclərinin həcmini, həm də onların lobbiçilik səylərinin daha çox hansı istiqamətə yönəlməsini də üzəri çıxarır. Misal üçün, Google cari ilin ikinci rübündə lobbiçiliyə 5,9 milyon vəsait ayırıb - əsas məsələlər isə onlayn reklam barədə tənzimləmələr, yüksək bacarıqlı şəxslərin immiqrasiyası çox məntiqi görünür, təəccübləndirci istiqamətlər isə külək enerjisi və insan müdaxiləsi olmadan çalışan hava sistemləri texnologiyasıdır.

Aşağıdakı infoqrafika sizə son illər ərzində Google, Apple, Facebook və Amazonun lobbiçilik xərclərinin necə formalaşdığını göstərir.

Ən sərfəli kredit üçün müraciət et