"Google" süni intellekt texnologiyasını kibertəhlükəsizliyə inteqrasiya edir | Banco.az

"Google" süni intellekt texnologiyasını kibertəhlükəsizliyə inteqrasiya edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Google" süni intellekt texnologiyasını kibertəhlükəsizliyə inteqrasiya edir.

Banco.az xəbər verir ki, “Google” şirkəti “Sec-PaLM” adlı xüsusi "təhlükəsizlik" süni intellekt dili modeli ilə təchiz edilmiş kibertəhlükəsizlik paketi olan “Cloud Security AI Workbench”i elan edib.

Məlum olduğu kimi, “Microsoft” şirkət mart ayında GPT-4 də daxil olmaqla “OpenAI”nin generativ süni intellekt modellərindən istifadə edərək təhlükə kəşfiyyatını “ümumiləşdirməyə” və “şərh etməyə” yönəlmiş yeni alət olan “Security Copilot”u təqdim etmişdi. İndi isə digər texnologiya nəhəngi “Google” “Sec-PaLM” adlı xüsusi "təhlükəsizlik" süni intellekt dili modeli ilə təchiz edilmiş kibertəhlükəsizlik paketi olan “Cloud Security AI Workbench”i tanıdıb.

“Cloud Security AI Workbench” proqram təminatı zəiflikləri, zərərli proqramlar, risk göstəriciləri və davranış təhlükəsi yaradan profillər üzrə təhlükəsizlik kəşfiyyatı həyata keçirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram