Google "Play Music" tətbiqini bağlayır | Banco.az

Google "Play Music" tətbiqini bağlayır

Tamara Mustafayeva, Banco.az

Texnologiya nəhəngi Google "Play Music" tətbiqini sentyabr ayından etibarən bağlanacağını elan edib.

ABŞ-ın texnologiya və proqramlaşdırma şirkəti Google istifadəçilərin sevdiyi tətbiqləri müntəzəm olaraq yeni funksiyalarla yeniləyir. Gözləntiləri doğrultmayan tətbiqlərin isə ömrü uzun olmur. Bu tətbiqlərin sırasına yaxın günlərdə şirkətin musiqi xidməti olan "Play Music" də əlavə ediləcək. 

Artıq Android istifadəçilərinin belə marağına səbəb olmayan bu xidmətin bağlanacağı bəlli olub. Şirkət bu prosesi mərhələli olaraq reallaşdıracağını bildirib. Belə ki, ilkin mərhələdə Cənubi Afrika və Yeni Zelandiya üçün xidmətin istifadəsi sentyabr ayından etibarən dayandırılacaq. Oktyabr ayında isə dünyanın digər ölkələrində "Play Music" istifadədən qaldırılacaq. Şirkət bu müddət ərzində istifadəçilərə tətbiqin musiqi kataloquna əlavə etdikləri musiqiləri köçürmələri üçün fürsət verəcək.

Google bir müddət əvvəl sözügedən tətbiqdə yerləşən media fayllarını YouTube Music xidmətinə köçürməyə imkan yaradan yeni funksiya hazırlamışdı. Bu qərar, əslində "Play Music" tətbiqinin sonunun yaxınlaşdığını göstərirdi. Şirkət həmçinin açıqlamasında xidmətin bağlanmasına bir neçə gün qalmış istifadəçilərə tez-tez bildiriş göndəriləcəyini də vurğulayıb. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, məzmun köçürmə prosesi bu ilin dekabr ayınadək davam edəcək.

Həmçinin oxu: Samsung 5 yeni cihazını təqdim etdi - QİYMƏTLƏR

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et