Samsung 5 yeni cihazını təqdim etdi - QİYMƏTLƏR | Banco.az

Samsung 5 yeni cihazını təqdim etdi - QİYMƏTLƏR

Tamara Mustafayeva, Banco.az

Samsung Electronics dünən (05.08.2020) Cənubi Koreyadan canlı yayımlanan ilk virtual "Galaxy Unpacked" tədbirində yeni Galaxy cihazlarını təqdim edib. Galaxy Note 20 və Galaxy Note 20 Ultra smartfonları, Galaxy Tab S7 planşeti, Galaxy Watch 3 ağıllı saatı, Galaxy Buds Live qulaqlığı və yeni nəsil qatlanan Galaxy Z Fold 2 smartfonu sözügedən təqdimat mərasimində ictimaiyyətə tanıdılıb. 

Tədbiri canlı izləyə bilməyənlər və ya sadəcə mühüm məqamlardan xəbərdar olmaq istəyənlər aşağıdakı video-ya nəzər sala bilərlər.

Şirkət yeni təqdim etdiyi cihazların satışı üçün başlanğıc qiymətlərini də elan edib. Belə ki, 21 avqust tarixində satışa çıxarılacaq Galaxy Note 20 və Galaxy Note 20 Ultra smartfonları üçün başlanğıc qiymət müvafiq olaraq 1000 dollar və 1300 dollar müəyyən edilib. Bu gündən etibarən satışda olacaq Galaxy Watch 3 ağıllı saatı üçün başlanğıc qiymət 399 dollar, Galaxy Buds Live qulaqlığı üçün isə 169.99 dollar nəzərdə tutulub. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Unpacked" tədbiri zamanı təqdim edilən yeni nəsil qatlanan Galaxy Z Fold 2 smartfonunun texniki göstəriciləri və satış qiyməti barəsində şirkət heç bir məlumat verməyib. Sözügeden smartfonla bağlı ətraflı məlumat 1 sentyabr tarixində keçiriləcək tədbirdə veriləcək.

Həmçinin oxu: Samsung Galaxy Z Flip 5G smartfonun qiymətini AÇIQLADI

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et