"Google" Hindistandakı məlumat mərkəzinə investisiya qoyur | Banco.az

"Google" Hindistandakı məlumat mərkəzinə investisiya qoyur

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Google” Hindistanda 15 milyard dollarlıq süni intellekt məlumat mərkəzi quracaq.

Banco.az xəbər verir ki, “Alphabet”in tərkibinə daxil olan “Google” Hindistanda indiyədək etdiyi ən böyük investisiya çərçivəsində, beş il ərzində ölkənin cənubundakı Andra Pradeş ştatında süni intellekt məlumat mərkəzi qurmaq üçün 15 milyard dollar sərmayə yatıracağını açıqlayıb.

“Google Cloud”un baş direktoru Tomas Kurian Yeni Dehlidə keçirilən tədbirdə bildirib ki, bu layihə şirkətin ABŞ xaricində həyata keçirdiyi ən böyük süni intellekt yatırımı olacaq. İnvestisiyanın 2029-cu ilə qədər olan beşillik dövr ərzində mərhələli şəkildə həyata keçiriləcəyi qeyd olunub.

Yeni məlumat mərkəzi Visakhapatnam liman şəhərində fəaliyyətə başlayacaq və ilkin mərhələdə 1 gigavat gücə malik olacaq.

Andra Pradeş ştatının texnologiya naziri Nara Lokeş layihənin 2029-cu ilə qədər 6 gigavat gücə çatdırılmasının planlaşdırıldığını bildirib.

Layihənin, ümumilikdə, 188 min nəfər üçün məşğulluq imkanı yaradacağı gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram