“Google” “çat-bot” xidməti üçün əməkdaşlarının fikirlərindən istifadə edəcək | Banco.az

“Google” “çat-bot” xidməti üçün əməkdaşlarının fikirlərindən istifadə edəcək

Müəllif - Aida İsaq, Banco.az

“Google” şirkəti “Bard” süni intellektinin elementləri ilə çatbot hazırlamaq üçün əməkdaşların köməyindən istifadə etmək qərarına gəlib.

Banco.az xəbər verir ki, müvafiq texnologiyanın təkmilləşdirilməsi üçün onlardan hər gün səhv cavabları düzəltmələri xahiş olunub. “Google”un vitse-prezidenti Prabhakar Raghavanın məlumatına görə, işçilərin fikirlərindən “Bard”ın fərdi suallara cavablarını yenidən hazırlamaq üçün istifadə olunacaq. O, həmçinin qeyd edib ki, fikirlərini bölüşən insanlar işlərin qaydasında getməsi üçün maksimum şəkildə diqqətli olmalı və qərəzsiz olmağa çalışmalıdır. Cavablar eyni zamanda istifadəçilərin başa düşməsi üçün nəzakətli, qeyri-rəsmi və əlçatan olmalıdır.

 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et