Google bazara özünəməxsus yeni kriptovalyutalar çıxara bilər | Banco.az

Google bazara özünəməxsus yeni kriptovalyutalar çıxara bilər

The Independent xəbər agentliyi Google-un özünəməxsus kriptovalyuta sistemi yaradacağı haqda məlumat paylaşıb. Beləki, artıq bir müddətdir ki, Google öz platformasında mövcud kriptovalyutalar bitkoinlərin reklamına icazə vermir.

Bu ilin mart ayında bu haqda məlumat yayan şirkət iyun ayının 1-dən qanunun qüvvəyə mindiyini qeyd edib. Şirkət bu qərarını insanların bu mövzuda kifayət qədər məlumatının olmaması, həmçinin istifadəçilərin qarşılaşa biləcəyi fırıldaqçılıq hallarını nəzərə alaraq qəbul etdiyini bildirib.

Qadağa dijital pul, virtual pul seçimləri, həmçinin kripto valyuta ticarətini öyrədən bütün məqalələri də əhatə edir.

Onu da qeyd edək ki, bir müddət əvvəl Google-ın blokçeyn texnologiyası əsasında fəaliyyət göstərəcək kriptovalyuta yaradacağı haqda məlumat mediaya sızdırılmışdı. Beləki, may ayında Google-a dəvət olunan Ethereum kriptovalyutasının yaradıcılarından olan Vitalika Buterin bu haqda məlumatı ilk əvvəl öz Twitter hesabında paylaşsa da sonradan postu silmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bu mövzuda Blackmore Group şirkətinin rəhbəri Filip Nul öz fikrini bildirərək, Google-un qadağasının tək insanların təhlükəsizliyi ilə əlaqəli olmadığını, həmçinin yaxın gələcəkdə özünəməxsus kriptovalyuta yaradaması ehtimalı olduğunu vurğulayıb. Nul həmçinin kriptovalyuta reklamına qadağa qoyan şirkətin mərc oyunları reklamını dəstəkləməsinə təəccüb etdiyini bildirib.

İttihamlara cavab verməyən Google şirkəti, əksinə blokçeyn texnologiyalarını daha ətraflı araşdıran heyətin artıq işə başladığını açıqlayıb.

Bu və ya digər halda Kripto valyuta həyatımıza inteqarsiya etməyə başlayıb. Beləki, artıq “kritovalyuta” sözü qısaca “k-valyuta” adlanmağa başlayıb.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et