Goldman: "Türkiyə il sonuna qədər 0,75 bənd faiz endirə bilər" | Banco.az

Goldman: "Türkiyə il sonuna qədər 0,75 bənd faiz endirə bilər"

Qlobal investisiya bankı "Goldman Sachs"ın analitikləri, Türkiyə Mərkəzi Bankının (TCMB) cari ilin sonuna qədər faizi 0,75 bənd endirərək 13.25%-ə sala biləcəyi proqnozunu verib.

Türkiyə Mərkəzi Bankı pul siyasəti faizini İyul ayı yığıncağında 4,25 bənd endirərək 25%-dən 19,75%-ə, Sentyabr ayı yığıncağında isə 3,25 bənd endirərək 19.75%-dən 16.50%-ə, Oktyabr yığıncağında isə  2,50 bənd endirərək 16,50%-dən 14%-ə endirmişdir. 

"Goldman" analitiklərinə görə, inflyasiyanın düşməsi faiz endiriminə imkan yaradacaqdır.

"Goldman", Türkiyə üzrə il sonu inflyasiya təxminini dəyişdirməyərək 11%-də saxlayıb.

Türkiyə Mərkəzi Bankı keçən həftə açıqladığı hesabatında, 2019-cu ilin sonu üçün inflyasiya təxminini 13.9%-dən 12%-ə  endirmişdi.

Marja