“Goldman” Brent markalı neftin qiymət proqnozunu aşağı salıb | Banco.az

“Goldman” Brent markalı neftin qiymət proqnozunu aşağı salıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman” Brent markalı neftin qiymət proqnozunu aşağı salıb.

Banco.az xəbər verir ki, “Goldman Sachs” Braziliya, Venesuela və Nigeriya kimi istehsalçıların yüksək tələbi və 4-cü rübdə hava şəraitinin isti keçməsi səbəbindən istiliyə tələbin azalacağına dair gözləntilər fonunda Brent markalı neftin qiymət proqnozunu azaldıb.

Belə ki, bank 2024-cü il üçün Brent markalı neftin qiymət proqnozunu 98 dollardan 92 dollara endirib.

Samantha Dart və Daan Struyvenin də aralarında olduğu analitiklər 12 noyabr tarixli qeydlərində bildiriblər ki, proqnozların aşağıya doğru yenidən nəzərdən keçirilməsinin bir digər səbəbi də İƏİT-in kommersiya neft ehtiyarlarındakı gözlənilməz artımdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyddə tələblə bağlı proqnozlara da yer verilib. Belə ki, “Goldman” bu il üçün gündəlik 2,5 milyon barel tələbatın ardından 2024-cü ildə gündəlik 1,6 milyon barel tələbat proqnozlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et