Müəllif - Aida İsaq, Banco.az
Cari il Rusiyada “Gloria Jeans”, “Stockmann” və “Melon Fashion Group” daxil olmaqla, yerli moda pərakəndə satış şirkətlərinin 400-dən çox mağazası açılacaq.
Banco.az xəbər verir ki, “Gloria Jeans” Rusiyada 130 yeni mağaza açmağa hazırlaşır. “Melon Fashion Group” 113 mağazanın açıldığı 2022-ci ilə nisbətən satış məntəqələrinin sayını iki dəfə artırmağı planlaşdırır. “Stockmann” isə bu il 20 mağaza açmaq niyyətindədir.
“Stockmann” şirkətinin baş direktoru Gennadi Levkinin sözlərinə görə, xarici şirkətlərin Rusiyadan çıxarılması fonunda rus brendlərinin meqabrend olmaq üçün unikal imkanları var.
Qeyd edək ki, Rusiyanın Ukraynadakı hərbi əməliyyatları fonunda bir çox beynəlxalq geyim istehsalçıları və pərakəndə satış şirkətləri Rusiyada fəaliyyətlərini dayandırmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!