İnternetə daxil olarkən qadağan olunmuş saytlara rast gəlməyiniz təbiidir. Bu gün bir çox ölkələrdə saytlara giriş bloklanır.
Bundan əlavə, bağlandığımız şəbəkələrdə xüsusi olaraq, bəzi saytlar bloklana bilər. Məktəb, müəssisə, dövlət idarələri və müxtəlif ictimai qurumlarda YouTube, Feysbuk kimi bəzi sosial media saytlarına çıxış yoxdur.
Bu təlimatda giriş üçün bağlanmış, eyni zamanda şəbəkənizdə qadağan edilən saytlara 5 fərqli üsulla giriş əldə etməyin yollarından bəhs edəcəyik.
Brauzer əlavələri;
Etibarlı VPN;
URL əvəzinə IP istifadəsi;
Google Tərcümə ilə daxil olmaq;
HTTP bağlantısı ilə giriş;
DNS dəyişikliyi.
Əlavələr:
Proxy saytları, həmçinin güvənli və pullu VPN xidmətlərinin saytları da bloklana bilər. İlk metodumuz brauzerə uzantı olaraq quraşdıra biləcəyiniz VPN xidmətləridir. Brauzerinizin mağaza bölməsindən sadə bir axtarışda tapa biləcəyiniz çox sayda asan VPN xidmətləri var, amma tövsiyəmiz bunlardır:
DotVPN
ZenMate
Hotspot
Sizə uyğun olan VPN xidmətini seçdikdən sonra sadəcə Google Chrome-a əlavə et düyməsini basıb yüklənməsini gözləyin. Daha sonra uzantı işarəsi yuxarı sağ hissədə görünəcək. Sonrakı mərhələlərin istifadəsi çox sadədir.
VPN istifadəsi:
Adından göründüyü kimi VPN (Virtual Proxy Network) proqramı IP ünvanınızı gizlədən bir ekran rolunu oynayır. Mütəxəssislərin söylədiklərinə əsasən, etibarlı VPN xidmətindən istifadə məlumatlarınızın məxfiliyini təmin etməklə yanaşı, saytlara etibarlı girməyin ən yaxşı yoludur. Bütün məşhur VPN təminatçılarında Windows, Mac, iOS və Android üçün tətbiqləri var.
Etibarlı bir VPN provayderi istəyirsinizsə, məsləhətimiz NordVPN, ExpressVPN və PIA (Private Internet Access) ola bilər.
URL əvəzinə IP ilə bağlama:
Bir çoxumuz hər veb-saytın URL-sinin bir IP ünvanı olduğunu və saytı qadağan edən orqanın IP əvəzinə URL-i qadağan etdiyini bilirik. Bu vəziyyətdə qadağan olunmuş veb-saytları brauzerinizdə açmaq üçün saytın IP ünvanından istifadə etməyə cəhd edə bilərsiniz. Bunun üçün:
Windows:
Axtarış zonasında İşlət yazıb açın və ora CMD yazıb Enter düyməsini sıxın;
Komanda menecerinə "tracert url.com" yazıb Enter düyməsini sıxın;
Sayt adının yanındakı URL ünvanını kopyalayıb brauzerinizə köçürün;
Sonra Enter düyməsini sıxın.
Macintosh:
Şəbəkə monitorunu açıb üst hissədəki Traceroute-I seçin;
IP ünvanını tapmaq istədiyiniz sayt ünvanını daxil edin.
Linux:
Terminalı açın;
Buraya "dig url.com" kodunu daxil edin;
Enter düyməsini sıxın (Məsələn: dig facebook.com).
iOS və Android:
iOS və Android cihazlarınızda bir saytın IP ünvanını tapmaq üçün çox sayda tətbiq var. Amma məsləhətimiz Şəbəkə analizatorudur. Bu tətbiqdən ətrafınızdakı Wi-Fi ünvanlarının təfərrüatlarını, saytların İP ünvanlarını görə bilə və DNS sorğusundan istifadə edə bilərsiniz.
Google Tərcümə istifadə edin:
Bir çox təşkilatlar saytları qadağan etsələr də, Google Translate vasitəsilə girişin mümkün olduğunu bilmirlər. Məsələn, bir çox dövlət qurumunun qadağan etməsinə baxmayaraq, Google Translate vasitəsilə YouTube-a daxil ola bilərsiniz. Bunun üçün:
Brauzerinizdən Google Tərcüməyə daxil olun;
Tərcümə bölməsinə daxil etmək istədiyiniz saytın URL ünvanını daxil edin; Sağda görünən link-ə keçin.
URL ünvanını tam yazın (Güvənsiz ola bilər):
Bəzi veb-saytlar brauzeriniz tərəfindən təhlükəli görünə bilər. Bunun səbəbi təsdiqlənmiş SSL quraşdırılmamasıdır. Belə veb-saytlara daxil olmaq üçün brauzerin URL hissəsinə www.url.com əvəzinə http://www.url.com yaza bilərsiniz.
Qarşınıza təhlükəsizlik xəbərdarlığı çıxa bilər, bu zaman "yenə də davam et" seçimini işarə edin. Bu üsul çox faydalı deyil, lakin bəzi hallarda köməyinizə çata bilər.
Ted.az