Gələn ilin sosial xərcləri üçün proqnozlaşdırılan vəsait açıqlanıb | Banco.az

Gələn ilin sosial xərcləri üçün proqnozlaşdırılan vəsait açıqlanıb

2023-cü il üçün dövlət büdcəsinin sosialyönlü xərcləri (büdcə xərclərinin əməyin ödənişi fondu, ərzaq məhsullarının alınması, təqaüd və sosial müavinətlər, dərman, sarğı ləvazimatları və materiallarının alınması, icbari tibbi sığorta və koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirləri üzrə xərclər, kommunal, kommunikasiya xidmətləri va digər tədbirlər (20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması və onlara pul kompensasiyanın verilməsi ilə bağlı nəzərdə tutulmuş xərclər) 15218,9 milyon manat məbləğində proqnozlaşdırılıb.

Bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi Zərfi”ndə əksini tapıb.

Qeyd olunub ki, nəzərdə tutulan vəsait 2022-ci illə müqayisədə 1289,2 milyon manat və ya 9,3 faiz çoxdur.

Son 5 ildə (2019-2023-cü illər) bu xərclərin dövlət büdcəsinin tərkibində xüsusi çəkisi 14 faiz-bənd, mütləq ifadədə isə 7457,6 milyon manat və ya 2 dəfə artıb.

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda nəzərdə tutulmuş sosial tədbirlərin maliyyə təminatı üçün 1144,0 milyon manat, o cümlədən sosial dəstək tədbirləri üçün 848,6 milyon manat vəsait yönəldiləcək.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et