2019-cu ildə dövlət rüsumu üzrə daxilolmalar 190 mln. manat nəzərdə tutulur.
Məlumat 2019-cu ilin dövlət büdcə zərfində öz əksini tapıb. Sənəddə qeyd olunub ki, bu, 2018-ci ilin proqnozu ilə müqayisədə 48 mln. manat və ya 33,8% çoxdur.
“Artımın əsas səbəbi bir sıra hüquqi hərəkətlərə görə tutulan dövlət rüsumlarının məbləğlərinin artırılması, habelə fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına, mobil cihazların qeydiyyatına alınmasına, qida təhlükəsizliyi sahəsində hüquqi hərəkətlərə görə 2018-ci ildə yeni rüsumların tətbiq edilməsinin nəzərə alınması olub”, - sənəddə vurğulanıb.
Report.az