Gələn il Azərbaycanda təbii qazın orta maya dəyəri azalacaq | Banco.az

Gələn il Azərbaycanda təbii qazın orta maya dəyəri azalacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft-Qaz Çıxarma İdarələri üzrə 2015-ci ildə 1 000 kubmetr qazın hasilat xərci 45,42 manat, Beynəlxalq Əməliyyat Şirkətlərindən Hasilatın Pay Bölgüsü Sazişinin (PSA) şərtlərinə görə ABŞ dolları ilə alınan təbii qazın orta tarifi isə 56,48 manat/1 000 kubmetr təşkil edib.

Bu barədə SOCAR-ın mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.

Onun sözlərinə görə, bununla yanaşı, SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1 000 kubmetr üçün 52,02 manat olub: “Beləliklə, 2015-ci ildə SOCAR üzrə satışa buraxılan təbii qazın orta maya dəyəri 108,31 manat/1000 kubmetr səviyyəsində formalaşıb”.

Ən sərfəli kredit üçün müraciət et

N.Quliyev həmçinin qeyd edib ki, bu ildə NQÇİ-lər üzrə 1 000 kubmetr qazın hasilat xərci 55,16 manat, Beynəlxalq Əməliyyat Şirkətlərindən Hasilatın Pay Bölgüsü Sazişinin şərtlərinə görə ABŞ dolları ilə alınan təbii qazın orta tarifi 99,15 manat/1000 kubmetr, SOCAR üzrə qazın emalı, saxlanması, nəqli və təchizatı ilə bağlı cəmi xərclər 1 000 kubmetr üçün 53,97 manat olmaqla satışa buraxılan təbii qazın orta maya dəyəri 140.42 manat/1 000 kubmetr təşkil edib.

Onun sözlərinə görə, həmin göstəricilər 2017-ci il üzrə müvafiq olaraq 49,2, 93,71, 47,95 və 121,88 manat səviyyəsində proqnozlaşdırılır.

Mənbə: Report.az