Gələn il Azərbaycanda qaz hasilatının kəskin artacağı açıqlandı | Banco.az

Gələn il Azərbaycanda qaz hasilatının kəskin artacağı açıqlandı

2020-ci ildə Azərbaycanda qaz hasilatının həcminin 40 mlrd. kubmetrdən çox olacağı planlaşdırılır.

Bunu energetika naziri Pərviz Şahbazov 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransının açılışında bildirib.

"Bir il əvvəl açılışı həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsi enerji təhlükəsizliyi kimi strateji maraqlara, iqtisadi inkişafa və qlobal əməkdaşlığa yönəlmiş layihədir. 2020-ci ildə Xəzər dənizindən Avropaya yeni mənbədən təbii qazın çatdırılması üzrə işlər yekun, onun genişləndirilməsi istiqamətində işlər isə başlanğıc mərhələdədir. Cənub Qaz Dəhlizi imkan verir ki, Azərbaycan enerji strategiyasını həm də təbii qaz sektorunda inkişaf etdirsin.Cənub Qaz Dəhlizi üzrə görülmüş işlərdə artıq nəticələr əldə edilib", - deyə nazir qeyd edib. 

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, TANAP-la indiyə kimi Türkiyəyə 1.8 mlrd. kubmetr qaz nəql edilib. Nazir bildirib ki, "Şahdəniz" yatağından qaz hasilatı 2018-ci illə müqayisədə bu il 6 mlrd. kubmetr, 2020-ci ildə isə 8,5 mlrd. kubmetr artacaq: "Beləliklə, 2020-ci ildə ölkədə ümumi qaz hasilatının 40 mlrd.kubmetri ötəcəyi gözlənilir".

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 30 mlrd. 592,2 mln. kubmetr qaz hasil olunub. Beləliklə, 2018-ci illə müqayisədə qaz hasilatının təxminən 10 mlrd.  kubmetrartacağı gözlənilir. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et