Gələn aydan fermerlərə məhsul subsidiyasının ödənilməsinə başlanacaq | Banco.az

Gələn aydan fermerlərə məhsul subsidiyasının ödənilməsinə başlanacaq

Dekabrın 10-dan sonra Azərbaycanda fermerlərə məhsul subsidiyasının ödənilməsinə başlanacaq.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, hazırda tədarükçülər fermerlərdən təhvil aldığı pambıq, tütün, şəkər çuğunduru haqda məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə (EKTİS) yerləşdirir. Məlumatlar yoxlandıqdan sonra fermerlərə ödəniş ediləcək.

Noyabrın 20-nə olan operativ məlumata əsasən, 2020-ci ildə 99 902 hektar sahədən 309267 ton pambıq, 4 903 hektar sahədən 213801 ton şəkər çuğunduru və 3144 hektar sahədən 6065 ton quru tütün məhsul yığılıb.

Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə təhvil verdikləri məhsulla bağlı məlumatların EEKTİS-də yerləşdirildiyini dəqiqləşdirməyi tövsiyə edib. Qaydalara əsasən, tədarükçü fermerdən hansı məbləğdə, nə qədər və hansı məhsulu aldığını təsdiqləyən alqı-satqı müqaviləsini və qəbzləri EKTİS-ə yükləməlidir.

Ən sərfəli kredit üçün müraciət et

Dövlət fermerlərin tədarükçüyə təhvil verdikləri pambığın hər tonuna görə 100 manat, quru tütünün hər tonuna görə 50 manat, yaş tütünün hər tonuna görə 5 manat, şəkər çuğundurunun hər tonuna görə 4 manat subsidiya ödəyir.

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et