Müəllif: Gülnar Əhmədli, Banco.az
Qış gecələrində səmanın daha parlaq olduğunu hər kəs müşahidə edib. Ağ qarla örtülmüş bir mənzərədə gecələrin gündüz kimi göründüyünü görmək maraqlıdır. Küçə işıqları az olduqda belə ətrafınızı aydın görmək, təbiətin öz işıq şousunu təqdim etdiyi səhnədə olmaq kimidir.
Bəs bu niyə belədir? Bu təsirli hadisənin arxasında hansı elmi faktlar dayanır? Qarın işığı belə güclü əks etdirməsinin və gecələri işıqlı etməsinin səbəblərinə nəzər salaq.
Qar yağan zaman bəzən ətraf o qədər parlaq olur ki, əlavə işığa ehtiyac olmur. Elmə görə, təzə yağan qar təbii reflektor rolunu oynayır. Təmiz ağ səthi sayəsində üzərinə düşən işığın böyük hissəsini əks etdirir. Ot, yollar və ağaclar işığı udsa da, qar əksini edir. Səthin nə qədər işığı əks etdirdiyini müəyyən edən bir ölçü var: Albedo. Bunu 0-dan 1-ə qədər miqyasda düşünək:
Qara asfalt kimi səthlər təxminən 0,04 albedo ilə işığı udur. Otun 0,25 albedo ölçüsü var, yəni bir az daha çox işığı əks etdirir. Beton səthlər isə bir az daha yaxşıdır (albedo 0,55-dir).
Bəs təzə qar? Təzə qarın təxminən 0,80 albedo dəyəri var. Yəni üzərinə düşən işığın 80%-ni geri əks etdirir. Və buna görə qar yağarkən hər yer işıqlı olur.
Qar küçə fənərlərindən gələn işığı yenidən səmaya əks etdirir və buludlar həmin işığı geri göndərir. Bu dövrə davam etdikcə ətraf daha parlaq olur.
Yerdə qar varsa, işıq atmosferə geri qaytarılır və buludların arasından geri düşür. Yəni bir növ təbii işıq tələsi əmələ gəlir.
Normalda, aydın bir gecədə işıq yuxarıya doğru hərəkət edir və kosmosa itilir. Amma qar yağanda və ya yerdə qar olanda buludlar adətən alçaqda olur. Bu buludlar işığı əks etdirir və gecəni gündüzə çevirir.
Həmçinin havada asılı olan kiçik buz kristalları da işığın çox hissəsini əks etdirir və səpələyir.
Bizi sosial şəbəkələrdən izləyin!!