G7 ölkələri Ukraynaya iqtisadi dəstəyin məbləğini artırıb | Banco.az

G7 ölkələri Ukraynaya iqtisadi dəstəyin məbləğini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

G7 ölkələri Ukraynaya iqtisadi dəstəyi artıraraq 39 milyard dollara çatdırıb.

Banco.az xəbər verir ki, ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Hindistanın Banqalur şəhərində keçirilən görüşdən sonra birgə bəyanatla çıxış ediblər.

Rusiya-Ukrayna müharibəsinin ildönümü ərəfəsində müharibə və Rusiyanın ərzaq və enerjidən silah kimi istifadə etməsi nəticəsində yaranan qlobal iqtisadi problemləri həll etmək üçün beynəlxalq əməkdaşlığı gücləndirmək əzmində olduqlarının vurğulandığı bəyanatda Ukraynanın təcili qısamüddətli maliyyə ehtiyaclarını ödəməyin zərurətini saxladığı bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

"Ukrayna hökumətinin ehtiyaclarına uyğun olaraq, 2023-cü il üçün büdcə və iqtisadi dəstək öhdəliyimizi 39 milyard dollara qədər artırdıq", bəyanatda qeyd olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et