G7 ölkələri 2030-cu ilə qədər külək enerjisi istehsalını yeddi dəfə artırmağı hədəfləyir | Banco.az

G7 ölkələri 2030-cu ilə qədər külək enerjisi istehsalını yeddi dəfə artırmağı hədəfləyir

Müəllif - Aida İsaq, Banco.az

G7 ölkələri 2030-cu ilə qədər külək enerjisi istehsalını 150 GVt-a çatdırmaq barədə razılığa gəlib. 

Banco.az xəbər verir ki, eyni zamanda, tərəflər arasında günəş panellərindən istifadə etməklə günəş enerjisi istehsalını 1 TVta çatdırmaq barədə razılıq əldə edilib. Məlumata görə, külək enerjisi istehsalı nəticəsində G7 ölkələri 2021-ci ilə nisbətən 7 dəfə, günəş panellərindən istifadə etməklə isə 3 dəfə çox elektrik enerjisi istehsal edəcək.

Qeyd edək ki, müvafiq məsələ aprelin 15-dən 16-dək Sapporoda G7 nazirlərinin görüşü zamanı müzakirə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram