Müəllif: Mehin Qasımova
"Yeddilik Qrupu ölkələri" (G7) inkişaf etməkdə olan ölkələrə təchizat zəncirlərini gücləndirmək üçün dəstək fondu yaradacaq.
Banco.az xəbər verir ki, bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat verib.
Belə ki, Yeddilik Qrupu (G7) ölkələri tezliklə xüsusi fond yaratmaq niyyətindədirlər ki, bu fonddan vəsaitlər inkişaf etməkdə olan ölkələrdə karbonsizləşdirmə üçün lazım olan məhsulların və xammalın tədarük zəncirlərini gücləndirmək üçün istifadə olunacaq.
Mənbənin məlumatına görə, adıçəkilən ölkələr ilk mərhələdə bu fonda təxminən 5 milyon dollar sərmayə qoymağı planlaşdırır.
Fondun yaradılması rəsmi olaraq oktyabrın 11-də G20-nin nazirlik rəhbərlərinin görüşü ərəfəsində elan ediləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!