"G20 Liderlər Zirvə Görüşü"ndə ərzaq böhranı ilə bağlı xəbərdarlıq edilib | Banco.az

"G20 Liderlər Zirvə Görüşü"ndə ərzaq böhranı ilə bağlı xəbərdarlıq edilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

G20 Liderlərinin Zirvə Görüşündə qlobal enerji böhranı ilə bağlı həyəcan təbili çalınıb.

Banco.az xəbər verir ki, İndoneziyanın Bali şəhərində keçirilən G20 Liderlər Zirvəsinin “Ərzaq və Enerji Təhlükəsizliyi” sessiyası ərzaq böhranı həyəcanına səhnə olub.

İtaliyanın Baş naziri Giorgia Meloni Ukraynadan taxıl ixracının həyati əhəmiyyət daşıdığını bəyan edərək taxıl sazişinin davam etdirilməsi üçün beynəlxalq ictimaiyyətin səylərini dəstəklədiklərini bildirib. 

Ərzaq mövzusunun əsas prioritet hesab edilməsinin zəruriliyini vurğulayan Baş nazir ölkəsinin qida ehtiyacını təmin etmək üçün  idxaldan asılı olan Şimali Afrika ilə bağlı ciddi narahatlıqlarının olduğunu qeyd edib.

Hindistanın Baş naziri Narendra Modi isə dünya liderlərini iqlim dəyişkənliyi, Kovid-19 pandemiyası və Ukraynada baş verən hadisələr səbəbindən bütün dünyada dayanan gübrə və taxıl tədarükünü davam etdirməyə çağırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram