Fransa Almaniyaya ilk dəfə birbaşa qaz nəqlinə başlayıb | Banco.az

Fransa Almaniyaya ilk dəfə birbaşa qaz nəqlinə başlayıb

Tamara Mustafayeva, Banco.az

Fransanın təbii qaz tədarükçüsü olan "GRTgaz" şirkəti enerji böhranının təsirlərini azaltmaq üçün ilk dəfə olaraq Almaniyaya birbaşa təbii qaz nəqlinə başlayıb.

Banco.az xarici mətbuata istinadən xəbər verir ki, "GRTgaz"ın baş icraçı direktoru Tyerry Truve mövzu ilə bağlı jurnalistlərə verdiyi açıqlamada Fransanın ilk dəfə Almaniyaya birbaşa qaz nəqli etdiyini söyləyib.

Truve, "Normal bir qış keçirsək, Fransada tələbatı ödəyə biləcəyimiz və Avropada həmrəyliyi təmin edə biləcəyimiz barədə optimistik. Bu, istehlakçılar tərəfindən daha mülayim istehlakla mümkün olacaq", deyə vurğulayıb.

O, sözügedən razılaşma ilə gündəlik tədarük gücünün 100 gigavat/saata çata biləcəyini bildirsə də, dəqiq vaxt haqqında məlumat verməyib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, bu daşınma miqdarı Fransanın 4 boru kəmərindən gündəlik LNG idxalının təxminən onda birini təşkil edir. Ölkə Norveçdən, bəzən isə İspaniyadan yanacaq idxal edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et