Müəllif:Ayşən İmanova/Banco.az
Fransanın 2025-ci il büdcəsi mart ayına qədər qəbul edilə bilər.
Banco.az xəbər verir ki, bu barədə "Le Parisien" qəzetinə müsahibəsində ictimai hesablar üzrə məsul nazir Ameli de Monşalen bildirib.
"Büdcənin olmaması iqtisadi qeyri-müəyyənlik yaradır. Vaxt daralır, büdcə martın əvvəlinə qədər qəbul edilməlidir", - deyə o vurğulayıb.
Nazir həmçinin əlavə edib ki, hakimiyyət 2025-ci il büdcə kəsirini 5% səviyyəsində saxlamaq istəyir.
Qeyd edək ki, büdcə baş nazir Mişel Barnierin rəhbərlik etdiyi əvvəlki kabinetin istefasına səbəb olub. Yeni hökumət başçısı Fransua Bayru ölkənin üzləşdiyi maliyyə problemlərinin həllini özünün əsas prioriteti adlandırıb. Xüsusilə, respublikanın dövlət borcu 3,3 trilyon avronu keçib ki, bu da ÜDM-in 113,7%-ni təşkil edir.