"Fövqəladə vəziyyətin elan olunması istisna edilmir" | Banco.az

"Fövqəladə vəziyyətin elan olunması istisna edilmir"

“Artıq koronavirusa yoluxma halları artır”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir: “Cəmi 26 nəfər sağalıb. Bu fərqin artması pis tendensiyadır. Vəziyyətin nəzarətdən çıxdığı deyilmir. Bu tendensiya davam edərsə, vəziyyət mürəkkəbləşərsə, fövqəladə vəziyyətin elan olunması istisna edilmir. Hökumət bütün planlara malikdir. Amma arzu ediləndir ki, buna ehtiyac olmasın”.

Vəziyyət ciddiləşir, xəstə sayı artarsa, xəstəxanalarda yer çatmayacaq 

"Qəti şəkildə deyirəm ki, evdən çıxmayın. Bu məsələ bacardığımız qədər sərtləşəcək".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

"Vəziyyət ciddiləşir, xəstəlik qripə oxşasa da, xəstə sayı çoxalarsa, xəstəxanalarda yer çatmayacaq. Heç bir ölkədə bilinmirdi ki, pandemiya baş verəcək, eyni vaxtda bu qədər xəstə olacaq. Qaydaların məqsədi budur ki, insanlar məsələyə çox ciddi yanaşsınlar. Karantin rejimidir, ciddi tələbdir, bunu başa düşmək lazımdır. Biz bu qadağaları qoymaq məcburiyyətindəyik. Düşünürük ki, sabah xəstə artanda, xəstəxanada yer olmayacaq, süni tənəffüs aparatı çatmayacaq. Elə etmək lazımdır ki, xəstəxanalara xəstə tədricən düşsün ki, hamıya kömək edə bilək. İndi Azərbaycanın bütün bölgələrində yoluxma var. Vəziyyətə uyğun hər günə uyğun yeni qərarlar ola bilər", - deyə Yaqut Qarayeva qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

"Sərhədləri açıb, bütün insanları ölkəyə buraxmaq əhalinin sağlamlığı üçün təhlükəlidir"

“Biz 5 min insanı karantinə toplayıb, ərzaqla təmin etməyə hazırlaşmamışdıq”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Y. Qarayeva deyib ki, imkan daxilində bütün addımlar atılır: “Bu, böyük vəsait, əziyyət tələb edir. Karantin istirahət mərkəzi deyil, əsas məqsəd insanlarımızın sağlamlığını qorumaqdır. Sərhədləri açıb, bütün insanları ölkəyə buraxmaq əhalinin sağlamlığı üçün təhlükəlidir”.

APA

Ən sərfəli krediti almaq üçün müraciət et