Müəllif: Tamara Mustafayeva, Banco.az
“Ford” 5,6 milyard dollarlıq investisiya yatırdığı “BlueOval City” fabrikində elektrik yük maşınları istehsal edəcəyini açıqlayıb.
Banco.az xəbər verir ki, ABŞ-ın avtomobil nəhəngi “Ford” 5,6 milyard dollarlıq sərmayə ilə Tennessi ştatının Stanton şəhəri yaxınlığında inşa etdiyi elektrik avtomobil istehsal mərkəzi olan “BlueOval City” fabrikində 2025-ci ildə elektrik yük maşını istehsalına başlayacaq.
İldə 500 min elektrik avtomobili istehsal gücünə malik olan fabrikdə hazırlanan ilk vasitə 2025-ci ildə “Project T3” kod adlı yeni nəsil elektrikli yük maşını olacaq.
Xatırladaq ki, gələcəyin elektrik avtomobillərinin və akkumulyator hüceyrələrinin istehsalının mərkəzi olan və 2026-cı ilin sonunadək ildə 2 milyon elektromobil hədəfinin əsas komponenti sayılan “BlueOval City”nin tikintisinə ötən payızda başlanılıb.
İnvestisiya ilə bağlı fikirlərini bölüşə “Ford” İdarə Heyətinin sədri Bill Ford bildirib ki, “BlueOval City” şirkətin dünyadakı elektrik gələcəyinin planıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!