"Forbes" 50 yaşdan yuxarı ən uğurlu qadınların siyahısını hazırlayıb | Banco.az

"Forbes" 50 yaşdan yuxarı ən uğurlu qadınların siyahısını hazırlayıb

"Forbes" 50 yaşdan yuxarı ən uğurlu qadınların siyahısını hazırlayıb.

Siyahıya dünyanın müxtəlif ölkələrindən 52 yaşdan 87 yaşa qədər yaradıcı peşə sahiblərini, iqtisadçıları, alimləri, müxtəlif şirkətlərin təsisçiləri və həmtəsisçiləri daxildir.

Dərgi Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Beynəlxalq Valyuta Fondunun baş direktoru Kristalina Georgieva, "BioNTech" şirkətinin həmtəsisçisi Özlem Tureji, "AstraZeneca" peyvəndinin yaradılmasında iştirak edən peyvənd mütəxəssisi Sara Qilberti Avropanın ən uğurlu qadınları siyahısına daxil edib.

Bundan əlavə, ədəbiyyat üzrə Nobel mükafatı laureatı və Belarus müxalifətinin Koordinasiya Şurasının Rəyasət Heyətinin üzvü Svetlana Aleksieviçi ən uğurlu qadınlar siyahısındadır.

Reytinqə Avropa Mərkəzi Bankının (AMB) rəhbəri Kristin Laqard, Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Nqozi Okonjo-İveala və Tanzaniya Prezidenti Samiya Suluhu Həsən də daxildir.

Ən sərfəli kredit üçün müraciət et

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et