Müəllif: Gülnar Əhmədli, Banco.az
İyun ayında bankların əmanət portfeli 2.7% və ya 329.5 mln. manat artıb. Əmanət portfelinin 52.9%-i (6,595.5 mln. manat) müddətli əmanətlərdən ibarətdir.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər veri ki, hüquqi şəxslərin tələbli depozitləri 16,105.9 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 82.2%-ni təşkil edib.
Məlumata görə, fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyun ayında ilin əvvəlinə nəzərən 2.6 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 3.6 faiz bəndi azalaraq 36.6% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!