"Fitch" Yunanıstanın reytinqlərini yüksəldib | Banco.az

"Fitch" Yunanıstanın reytinqlərini yüksəldib

“Fitch” beynəlxalq reytinq agentliyi Yunanıstanın xarici və milli valyutada uzunmüddətli defolt reytinqini “CCC”-dən “B-”yə, qısamüddətli defolt reytinqini isə “C”-dən “B”-yə yüksəldib.

Bu barədə Agentliyin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, reytinq üzrə proqnoz “müsbət”dir.

Bununla yanaşı, ölkə üzrə reytinq mümkün maksimal həddi "В"-dən с "В-"-yə dəyişdirilib.

Ən sərfəli kredit üçün müraciət et

Bundan başqa, emitentin uzunmüddətli təmin olunmuş istiqrazları üzrə reytinqi “CCC”-dən “B-”-yə, qısamüddətli təmin olunmuş istiqrazları üzrə reytinqi isə “C”-dən “B”-yə yüksəldilib.

“Fitch” hesab edir ki, Yunanıstan iqtisadiyyatı tədricən bərpa olunur, ölkənin maliyyə vəziyyəti yaxşılaşır. Agentlik bu il ölkədə ümumi daxili məhsulun (ÜDM) 1,6%, gələn il isə 2,1% artacağını proqnozlaşdırır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et