“Fitch” qlobal artım tempinin yavaşlamasını gözləyir | Banco.az

“Fitch” qlobal artım tempinin yavaşlamasını gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch” bildirib ki, makro zəifliklər qlobal perspektivdə kredit təzyiqi yaratmağa davam edir.

Banco.az xəbər verir ki, beynəlxalq kredit reytinqi agentliyinin açıqlamasında ABŞ-da monetar keçidin real iqtisadiyyata daha çox təsir etməsi, Çindəki daşınmaz əmlak böhranının istehlak və investisiya üzərində təzyiq yaratması və Avropada iqtisadi artım yalnız cüzi dərəcədə bərpası səbəbindən qlobal makroiqtisadi artımın 2024-cü ildə aşağı düşəcəyi gözlənilir.

Açıqlamada bildirilib ki, ümumi makroiqtisadi yavaşlamanın yüksək faiz dərəcələri ilə birləşməsi qlobal kredit üçün çətin mühitin davam edəcəyini göstərir. Həmçinin qeyd olunub ki, əsas proqnozlar 2024-cü ilin ikinci yarısında ABŞ və Avrozonada pul siyasətlərinin dəyişəcəyi istiqamətindədir.

Qeyd edək ki, agentliyin başqa bir açıqlamasında vurğulanır ki, Avrozona və Böyük Britaniyada faiz dərəcələri 2023-cü ilin 3-cü rübündən etibarən sabit saxlanılıb ki, bu da monetar  sərtləşmə dövrünün pik həddinə çatılması kimi şərh edilə bilər.

Açıqlamada ABŞ Federal Ehtiyat Sistemi (FED), Avropa Mərkəzi Bankı (ECB) və İngiltərə Bankının (BoE) növbəti addımlarının faiz endirimləri olacağı proqnozlaşdırılsa da, monetar yumşalmanın bazarların hazırda gözlədiyindən daha yavaş və səthi olacağı bildirilib. Kredit reytinqi agentliyinin açıqlamasında 2024-cü ilin sonuna kimi uçot dərəcəsinin hər üç iqtisadiyyatda 75 baza bəndi azalacağı güman edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram