"Fintexlərin vergi güzəşti tələbi onların bu sahədə məlumatsızlığından irəli gəlir" | Banco.az

"Fintexlərin vergi güzəşti tələbi onların bu sahədə məlumatsızlığından irəli gəlir"

"Azərbaycanda fintex şirkətlərinin vergi güzəşti tələbi onların bu sahədə məlumatsızlığından irəli gəlir".

Bunu Azərbaycan Mərkəzi Bankın (AMB) Milli ödəniş sistemləri inkişafı və nəzarət şöbəsinin nümayəndəsi Xəyalə Məmmədova "Azərbaycanda pul köçürmələrinin sosial-iqtisadi təsirlərinin gücləndirilməsi" layihəsinin İşçi Qrupunun analitiklərinin təklif və iradlarına cavab olaraq deyib.

Onun sözlərinə görə, əhalinin maliyyə inklüzivliyinin artırılması üçün “öz müştərini tanı” siyasətinin effektiv təmin edilməsi məqsədilə yaradılan “E-KYC sistemi”n proseslərinin sadələşdirilməsi tövsiyəsi həll yolu deyil:

"Biz özümüz də əhalinin maliyyə inklüzivliyinin təmin edilməsi üçün bu proseslərin sadələşməsi üçün müzakirələr aparırıq. Amma, bu o qədər də asan deyil”.

X. Məmmədova bildirib ki, bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatların verdiyi tövsiyələr və qaydaları əsasında Mərkəzi Bankın maliyyə sektoru üçün təqdim etdiyi “E-KYC sistemi” formalaşdırılır: “Biz aktiv şəkildə bu kommunikasiyanı aparırıq və artıq bu aydan başlayaraq dəfələrlə həm Azərbaycan Fintex Assosiasiyası üzvləri ilə, həm də bank nümayəndələri ilə aktiv şəkildə müzakirələr aparırıq. Amma bir sözlə “E-KYC sistemi”ni sadələşdirilsin” demək, məsələnin həlli deyil. Biz beynəlxalq tələblərə baxaraq, proses və qaydaların icrasını həyata keçiririk".

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram