Müəllif - Aida İsaq, Banco.az
Finlandiyanın “Gasum" dövlət enerji şirkəti Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) alışının qəbulunu dayandırıb.
Banco.az xəbər verir ki, “Coral Energice”nin iki tankerindən biri sonuncu dəfə aprelin 24-də Vısotsk limanına yüksüz yola düşüb. Digər “Gasum” gəmisi isə bir aydan çoxdur ki, limana ümumiyyətlə daxil olmayıb.
Qeyd edək ki, Finlandiyanın enerji nəhəngi 2022-ci ilin mayında ölkənin rublla ödənişlərdən imtina etməsi fonunda Rusiyadan boru kəməri qazı idxalını dayandırıb. Bununla yanaşı, “Gasum” istehsalçı qismində çıxış edən “NOVATEK”ə qaz ixrac edən “Qazprom Export” ilə uzunmüddətli müqavilə əsasında Vısotskdan LNG almağa davam edib. Prezidentin rublla hesablaşmalar haqqında fərmanı LNG müqavilələrinə şamil olunmadığı üçün çatdırılmaların ödənişləri avro ilə həyata keçirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!