Müəllif:Ayşən İmanova/Banco.az
Finlandiya dövlət borcunun artımına görə bütün Aİ ölkələrini qabaqlayır.
Banco.az xəbər verir ki, ötən ilin dördüncü rübündə Şimali Avropa ölkəsinin dövlət borcu 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,3% artıb. Latviya dövlət borcunun 1,8% artması ilə ikinci yerdədir. Dövlət borcunun artımına görə üçüncü yeri 1,3 faizlə Rumıniya tutur.
Portuqaliya, Yunanıstan, Kipr kimi ölkələrdə isə əksinə, dövlət borcu azalıb.
Qeyd edək ki, Finlandiya hökuməti 2028-ci ilə qədər büdcə kəsirini iki dəfə azaldaraq 6,9 milyard avroya çatdırmağı planlaşdırır. Bu problemi həll etmək üçün vergilər artırılacaq, müavinətlərin məbləği dəyişəcək. ƏDV 24%-dən 25,5%-ə qaldırılacaq. Finlandiyada ƏDV Avropada əlavə dəyər vergisinin ikinci ən yüksək səviyyəsi olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!