“FINCA Azerbaijan” MEDİA VƏ RƏQƏMSAL MARKETİNQ İŞÇİSİ üzrə işçi axtarır | Banco.az

“FINCA Azerbaijan” MEDİA VƏ RƏQƏMSAL MARKETİNQ İŞÇİSİ üzrə işçi axtarır

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofisi üçün MEDİA VƏ RƏQƏMSAL MARKETİNQ İŞÇİSİ vəzifəsinə işçi axtarışı elan edir.

Media və Rəqamsal Marketinq İşçisi davamlı olaraq “FINCA Azerbaijan”-ın media siyasətini müəyyən edən şəxslərdən biri olub onun icrasına cavabdehlik daşıyır. Televiziyalarda və radiolarda  sponsorluq və reklamların yerləşdirilməsi və.s işlərə cavabdehdir. Sözegedən əməkdaş eyni zamanda “FINCA Azerbaijan” web səhifəsinin idarə olunmasına PR kordinator ilə əlaqəli şəkildə cavabdehdir. Media və Rəqəmsal Marketinq İşçisi Baş Marketinq Mütəxəssisi və marketinq departamentinin rəhbəri ilə birlikdə “FINCA Azerbaijan”-ın rəqəmsal reklam siyasətinin hazırlanmasına yaxından yardımçı olur və icrasına cavabdehlik daşıyır.

Əsas vəzifə öhdəlikləri:

  • Bütün növ rəqəmsal reklamlarla bağlı araşdırmalar keçirmək, rəqəmsal reklam strategiyasının müəyyən edilməsi və tətbiqi ilə bağlı lazımi bütün məsələlərin həll edilməsi və bu sahədə xidmət göstərən şirkətlərlə əlaqə saxlamaq və işgüzar əlaqələr qurmaq;
  • Mühüm elekton KİV-lərlə əlaqələr qurmaq, reklam xarakterli məlumatlar hazırlamaq və yayınlanmasını koordinasiya etmək;
  • Fərqli departamentlərlə sıx əlaqədə işləyərək həmin departamentlərin ehtiyaclarının müəyyənləşdirilməsi və ehtiyaclara yönəlik spesifik rəqəmsal strategiyaların hazırlanması;
  • “FINCA Azerbaijan”-ın web saytının mütəmadi olaraq yenilənməsini, məhsullar və xidmətlər barədə son məlumatların yayınlanmasının təmin edilməsi;
  • “FINCA Azerbaijan” sosial media və axtarış saytları segmentlərində olan reklamlarının hazırlanması və həyata keçirilməsi;
  • “FINCA Azerbaijan” rəqəmsal sahədə genişlənə biləcəyi məkanların araşdırılması və təklif edilməsi;
  • Fərqli xarakterli (satış, imic, informativ və.s) radio reklamlara olan tələbatın araşdırılması, uyğun təkliflərin hazırlanması və icrasının təmin edilməsi;
  • Mütəmadi olaraq media reklamlarla bağlı araşdırmalar etmək, dəyişən bazar şəraitinə uyğun təkliflər verərək təşkilatın gündəmdə qalmasını təmin etmək;

Aşağıdakı şərtlərə uyğun gələn namizədlər ərizə ilə müraciət edə bilərlər:

  • Marketinq, kommunikasiya, informasiya texnologiyaları və ya rəqəmsal marketinq sahəsi üzrə ali təhsil arzuolunandır;
  • İnformasiya texnologiyaları və Marketinq sahəsində təcrübə arzuolunandır;
  • Azərbaycan və İngilis dillərində sərbəst danışmaq və yazmaq;
  • SEO (Axtarış sistemləri optimizasiyası) və ya SEM (Axtarış sistemləri marketinqi) üzrə biliklər;
  • Google Analytics, Adwords, Adsense üzrə biliklər;
  • Wordpress CMS sistemi üzrə işləmə bacarığı vacibdir;
  • Azərbaycandakı mövcud bazar şəraiti, fərqli saytların reytinqi və.s bilmək;
  • Rəqəmsal marketinq kampaniyalarının keçirilməsində təcrübəsi olanlara üstünlük verilir;
  • Sosial şəbəkə reklamları haqqında mılumatlı olmaq;
  • Mükəmməl analiz bacarıqları və  təşkilati bacarıqlar;
  • TV kanalları haqqında məlumatlı olmaq və mütəmadi olaraq məlumatları yeniləmək;
  • Radio verlişləri haqqında məlumatlı olmaq və mütəmadi olaraq məlumatları yeniləmək;
  • Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük və komanda ilə işləmək bacarığı;
  • Vaxtaşırı Azərbaycanın bölgələrinə səyahət etmək;
  • Qrafik dizayn və statistik analiz proqramlarını bilənlərə üstünlük verilir.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Ən sərfəli kredit üçün müraciət et

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 18 Yanvar 2015-ci il tarixindən gec olmamaq şərtilə əsli [email protected] , elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№010/15) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.  

Qeyd: Bank və maliyyə sahəsində elan edilən ən son vakansiyalarla buradan tanış ola bilərsiniz:  http://banco.az/az/jobs

Ən sərfəli krediti almaq üçün müraciət et