Filial şəbəkəsinin həcminə görə bankların renkinqi - 2017 | Banco.az

Filial şəbəkəsinin həcminə görə bankların renkinqi - 2017

Filial şəbəkəsi  - Bankların müştərilərə təqdim etdiyi xidmətlərin daha əlçatan olması baxımından olduqca əhəmiyyətli meyardır. Düzdür, filial sayının çoxluğu hələ xidmət keyfiyyətinin yüksəkliyinin göstəricisi deyil.

Filialların sayı kimi, ən vacib nüans işçi heyətinin peşəkarlığı, bank səriştəsi, personalın daima gülərüz olması və müştərini həqiqətən məmnun sala bilməsidir ki, bu zaman həm təklif olunan məhsul və xidmətlərin dəyəri, həm də onların keyfiyyəti mühüm rol oynayır.

Qeyd edək ki, 2016-ci ildə  iqtisadiyyatımız filial sayına görə kifayət qədər böyük olan ZaminBank, ParaBank, Texnika Bank və Bank Standard kimi bankları itirmişdir. Bununla yanaşı Banklar, xərclərini azaltmaq niyyəti ilə eyni şəhərdə olan bir neçə filialı bir böyük filialın damı altında toplayıb. Renkinqdə, yalnız filialların sayı nəzərə alınıb, lakin şöbələrin də sayı cədvəldə qeyd olunub.

Onlayn bankçılığın və qabaqcıl texnologiyaların - ödəniş terminalları, “cash in” cihazları və müasir ATM-lərin  inkişafı ilə şəhərlərdə bank filiallarının sıxlığına ehtiyac azalır. Lakin regionlardakı əhali hələ də maliyyə xidmətləri ilə yetərincə təmin olunmayıb.

Məlumatlar bankların saytlarından götürülmüş və ya qaynar xətləri ilə əlaqə yaradılaraq əldə olunmuşdur.

Sizi hal-hazırda Azərbaycanda fəaliyyət göstərən bankların filial şəbəkəsinin həcmi ilə tanış etmək istərdik.

Bankın adı

Filial, Bakı

Filial, region

Şöbələr

Cəm

Kapital Bank

26

65

5

91

MuganBank

16

27

9

43

AccessBank

16

24

0

40

Beynəlxalq Bank

16

20

40

36

Unibank

18

15

0

33

Dəmirbank

12

19

0

31

Xalq Bank

8

20

0

28

Atabank

14

12

0

26

Bank Respublika

10

16

0

26

Amrahbank

15

8

1

23

Rabitəbank

9

14

1

23

AGBank

13

7

0

20

Bank of Baku

12

7

0

19

Nikoil Bank

12

5

0

17

Expressbank

9

7

0

16

Turanbank

6

8

1

14

AFB Bank

9

2

4

11

NBC Bank

8

3

1

11

Yapı Kredi Bank

9

2

0

11

Bank BTB

9

1

7

10

VTB Bank

5

5

0

10

Paşa Bank

5

2

0

7

ASB Bank

4

3

0

7

Bank Silk Way

4

2

1

6

Azər Türk Bank

3

3

3

6

Gunay Bank

5

 

7

5

Naxçıvan Bank 

1 3 0 4

CDB BanK

1

2

2

3

Bank Avrasiya

2

1

0

3

Ziraat Bank

2

0

0

2

Bank Melli İran

1

0

0

1

Pakistan Milli Bankı

1

0

0

1

Ən sərfəli kredit üçün müraciət et

Bankın filialı – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.

Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.

Bankın nümayəndəliyi – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir

Könül Soltanova / Banco.az