"Fərid Novruzi ilə 180 gün Dünya ətrafında" layihəsi davam edir | Banco.az

"Fərid Novruzi ilə 180 gün Dünya ətrafında" layihəsi davam edir

Bir neçə ay əvvəl rəsmi təqdimatı keçirilən "Fərid Novruzi ilə 180 gün Dünya ətrafında" layihəsinə 30 yanvar 2020-ci il tarixində start verildi. Layihə çərçivəsində onun təşəbbüskarı, "Novco Group of Companies " şirkətinin rəhbəri Fərid Novruzi 6 ay ərzində təyyarədən istifadə etmədən, yalnız dəniz və avtomobil nəqliyyatı vasitəsilə dünyanın 40-dan çox ölkəsinə səyahət edəcək.

Səfərə Kolumbiyadan başlayan F.Novruzi "Ümid edirəm ki, dünyamızın düşündüyümüz kimi böyük və elə də əl çatmaz olmadığını hər kəsə göstərə biləcəyəm", dedi. Bu günədək F. Novruzi artıq dörd ölkəni - Kolumbiya, Ekvador, Peru və Fransa Polineziyasını ziyarət edib və öz təəssüratlarını şəxsi Instagram səhifəsində bölüşüb.

Qeyd edək ki, PAŞA Bank layihənin baş sponsorlarından biridir və Dünya ətrafında səyahət zamanı bütün ödənişlər PAŞA Bankın eksklüziv kart məhsulu – PASHA Bank Miles&Smiles kartı ilə həyata keçirilir. Kartın müxtəlif üstünlükləri sayəsində bu məhsul yalnız bankın müştəriləri, səyyahlar və iş vaxtının müəyyən bir hissəsini işgüzar səfərlərdə keçirən biznesmenlər üçün deyil, ümumilikdə bütün ölkə əhalisi üçün nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Siz də məhsulun təqdim etdiyi üstünlüklərdən yararlanın, nağdsız ödənişlər etməklə millər toplayın və milləri səyahətə çevirin.

PASHA Bank Miles&Smiles kartı barədə ətraflı məlumat almaq və kartı sifariş etmək üçün: www.miles.pashabank.az.

PASHA Bank Miles&Smiles kartı

Yeni səyahətlərə açarınız!

Ən sərfəli krediti almaq üçün müraciət et