Fərid Hüseynovu daha yaxından tanıyaq | Banco.az

Fərid Hüseynovu daha yaxından tanıyaq

Fərid Hüseynov, 2017-ci ilin fevral ayından, Kapital Bankın İdarə Heyəti sədrinin birinci müavinidir. O, Kapital Banka, 2015-ci ilin may ayında, İdarə Heyəti sədrinin müavini və Baş əməliyyat inzibatçısı kimi gəlmişdi.

Daha öncə isə F. Hüseynov Bank of Bakuda, idarə heyətinin sədri vəzifəsində çalışmışdır. Adətən sədrlər sonra müavin vəzifəsinə getməzlər, amma söhbət Beynəlxalq Bank və ya Kapital Bank kimi iri banklardan gedəndə, bu qaydaları istisna edir. Professional fəaliyyətinə 2001-ci ildə Bank of Baku-da "Qeyri-ticarət əməliyyatlar şöbəsinin mütəxəssisi” vəzifəsində başlayan Fərid bəy, 2015-ci ilə qədər çalışdığı Bankın ən yüksək - İdarə Heyətinin Sədri vəzifəsinə qədər yüksələ bilib

Peşəkar təcrübə:

  • Fərid Bəy, Bank of Baku-da  2001-2007-ci illərdə menecer kimi çalışmışdır.
  • 2007-2010-cu illərdə baş direktorun müavini (Deputy CEO) olub.
  • 2011-2013-cu illərdə idarə heyətinin üzvü və baş direktorun I müavini olmuşdur.
  • 2013-2015-ci illərdə baş icraçı direktor (CEO)
  • 2015 may – 2017 fevral – Kapital Bank, Baş Əməliyyat inzibatçısı və sədr müavini.

Təhsil:

F. Hüseynov iqtisad elmləri doktorudur. Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin məzunudur. Bank sektorunda 16 illik zəngin təcrübəyə malikdir və həmin illərin çoxunu BoB-da keçirib.

Ən sərfəli kredit üçün müraciət et

Kapital Bankda yeniliklər

2016-cı ildə onun kurasiyası altında Kapital Bank, əsas biznes proseslərinin optimizasiyası istiqamətində irimiqyaslı layihə reallaşdırdı, BPM-sistemini ELMA tətbiq edərək, öz İT infrastrukturunu əhəmiyyəti dərəcədə transformasiya etdi.

Fərid bəy müsahibələrdən birində bildirir ki, onlar nəinki müştərilərin bank xidmətinin keyfiyyəti ilə bağlı gözləntilərini qarşılamaq, daha çox bu gözləntiləri üstələmək niyyətindədir.

 Bank həmçinin biznes proseslərin optimallaşdırılması üçün McKinsey & Company. Konsaltinq kompaniyasından da məsləhətlər alıb. 

“Biz proseslərin avtomatlaşdırılmasını plastik kartlardan rəsmiləşdirilməsindən başladıq, sürətli nəticələr alıb, tapşırığı genişləndirdik. 

Layihənin sona çatması anında bank fəaliyyətinin 7 sahəsi avtomatlaşdırılmış oldu:

  • Kreditlər ilə iş
  • Depozit prosesləri
  • Plastik kartlar ilə iş
  • Nağdsız əməliyyatlar
  • Nağd əməliyyatlar
  • Hesablar ilə əməliyyatlar
  • Servis prosesləri