Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda sığorta bazarı üzrə yığımlar 1 milyard 157 milyon 254 min manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 13.1% və ya 133.5 min manat çoxdur.
Bu dövrdə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 683 milyon 896 min manat təşkil edib. Bu isə illik müqayisədə 23,5 % çoxdur.
Qeyd edək ki, hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 59,1 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 54,1 manat olub.
