FED uçot dərəcəsini elan edib - 22 ilin ən yüksək faizi | Banco.az

FED uçot dərəcəsini elan edib - 22 ilin ən yüksək faizi

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED faiz dərəcələrini ötən 22 ilin ən yüksək səviyyəsinə çatdırıb.

Banco.az xəbər verir ki, FED inflyasiya ilə mübarizə çərçivəsində uçot dərəcəsini 25 baza bəndi artıraraq 5,25-5,50 faiz aralığına çatdırıb. Bununla da, faiz dərəcələri 2001-ci ilin yanvarından bəri müşahidə olunan ən yüksək səviyyəyə qalxıb. Faiz qərarı yekdilliklə qəbul edilib.

İqtisadçılar da eynilə 25 baza bəndi artım gözləyirdilər.

Qeyd edək ki, qərar mətnində inflyasiyanın aşağı salınması üçün əlavə sərtləşdirmə tədbirinin də qiymətləndiriləcəyi əks olunub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et