FED rəhbərinin çıxışı dolları möhkəmləndirəcək | Banco.az

FED rəhbərinin çıxışı dolları möhkəmləndirəcək

Analitik qeyd edir ki, valyuta bazarında dolların məzənnəsinin möhkəmlənməsi, dünya bazarında neftin qiymətlərini aşağı salacaq.

Bu gün Bakı vaxtı ilə saat 18:00-da FED sədri Janet Yellenin çıxışı gözlənilir.

Son bir neçə gündür dünya maliyyə bazarlarında aktual olan “Jackson Hole” toplantısı fonunda FED sədri Janet Yellenin çıxışı investorlar tərəfindən böyük maraqla gözlənilir. Yellenin çıxışında faiz artımının zamanına dair işarələr axtarılacaq.

Dünya valyuta birjalarında zəif hərəkətlilik bu gün də davam edir. EUR/USD cütlüyü hələ də 1.12$ ətrafında ticarət olunur və GBP/USD cütlüyü isə artım trendi üzrə korreksiyadadır. 

Avronun dollara nisbətən qiymət hal-hazırda 1,1290$ ətrafında ticarət olunur və qiymət 1,1245$-ı aşağı istiqamətdə qırarsa, 1,1200 və 1,1170$-a kimi ucuzlaşa bilər. 1,1365$-a kimi bahalaşmalar isə korrektiv xarakter daşıyır.

Funtun dollara nisbətən qiyməti 1,3272$-a kimi bahalaşdıqdan sonra 1,3168$-a kimi korreksiya edib. Bu gün Asiya sessiyasında qismən, yəni 1,3200$-a kimi bahalaşan qiymət 1,3168$-i yenidən aşağı istiqamətdə qırarsa, 1,3116$-a kimi dəyər itirə bilər.

Bu gün həmçinin dünya birjalarında dollar və funtun qiymətinə təsir edə biləcək fundamental xəbərlər yayımlanacaq. Bunlar Bakı vaxtı ilə saat 12:30-da və Bakı vaxtı ilə saat 16:30-da müvafiq olaraq yayımlanacaq Böyük Britaniya və Amerikanın 2-ci rüb üzrə ÜDM göstəricilərinin təkrar hesablanmış variantlarıdır.

Böyük Britaniyanın 2-ci rübdə ÜDM-in 0,6% artığı proqnozlaşdırılır (1-ci açıqlanma ilə eynidir), lakin ABŞ-ın 2-ci rüb üzrə ÜDM-də 1,2%-lik artımın 1,1% ilə əvəz edilməsi proqnozlaşdırılır.

Lakin onu da qeyd etmək lazımdır ki, proqnozlar özünü doğruldarsa və ya ÜDM üzrə təkrar açıqlamalarda böyük dəyişiklik müşahidə olunmasa, dollar və funtun qiymətində güclü hərəkətlilik olmaya da bilər.

 FED rəhbərinin çıxışının həftə sonu valyuta bazarlarına təsirini İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) analitiki Rəşad Həsənov ilə dəyərləndirib. 

Onun sözlərinə görə, bu gün ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) dolların məzənnəsinin zəifləməsində maraqlı deyil:

“Federal Ehtiyat Sisteminin rəhbəri (FED) Janet Yellenin bugünkü çıxışı ilə bağlı fikirlər qarışıqdı. Ekspert və investorlar gözləyir ki, J.Yellen bu dəfədəki çıxışında faiz dərəcəsinin artırılması ilə bağlı cəmiyyətə daha çox yumşaq məlumatlar çatdıracaq. 

Banco.az Oxu.az istinadən xəbər verir ki,FED rəhbərinin çıxışından çıxarılan nəticələr isə ondan ibarət olacaq ki, 2016-ci ildə faiz dərəcələrinin artırılması ilə bağlı ehtimallar azdır və ya çoxdur. 

Fikrimcə, son dövrlər valyuta bazarında dolların zəifləməsi müşahidə olunur və bu daha çox investorlarda bu il faiz dərəcələri ilə bağlı qərarın qəbul edilməyəcəyi ehtimalının güclənməsindən irəli gəlir. 

Dolların məzənnəsinin zəifləməsi tendensiyasının davam etməsi FED üçün maraqlı deyil. Bu dolların yığım vasitəsi kimi istifadə olunmasının həcmini aşağı salır və eyni zamanda bu və ya digər problemlərə gətirib çıxarır”.

Ən sərfəli kredit üçün müraciət et

Onun sözlərinə görə, FED üzvlərinin bu yönümdə fikirləri ondan ibarətdir ki, ümumiyyətlə, aşağı uçot faiz dərəcələri siyasətinin həyata keçirililməsinin xərcləri çoxdur və bu, ABŞ üçün baha başa gəlir. 

Analitikin sözlərinə görə, FED rəhbəri bugünkü çıxışında daha çox balanslı bir çıxış edəcək:

“Düşünürəm ki, məhz bu səbəblərdən və valyuta bazarında son dövlər müşahidə edilən ucuzlaşma trendinin dayanması, sabitləşməsi və müəyyən qədər dolların möhkəmlənməsi məqsədi ilə FED rəhbəri bu il üçün uçot faiz dərəcəsinin artırılması ilə bağlı ehtimalın üstündən keçməyəcək. 

O, daha çox ABŞ iqtisadiyyatının göstəriciləri, inflyasiya ilə bağlı hədəfə nail olunması, dünya iqtisadiyyatında baş verən proseslərin, məsələn, Brextin dünya və Avropa bazarlarına təsiri, ölkədə işsizliklə bağlı müsbət nəticələrin əldə edilməsi, ABŞ iqtisadiyyatında artım tempinin davam etməsi, sifarişlərin həcminin normal səviyyədə davam etməsi kimi məsələlərə toxunmaqla paralel bir çıxış edəcək. 

O, çıxışında birmənalı olaraq, uçot faiz dərəcəsini bu il artırılacaq və yaxud artırılmayacaq deməyəcək. Amma çıxışından çıxarılan nəticə ondan ibarət olacaq ki, FED 2016-ci ildə bir dəfə uçot faiz dərəcəsinin 0,25 bənd artıra bilər və bu gün valyuta bazarında baş verənlər daha çox Federal Ehtiyatlar Sisteminin sentyabr toplantısına hədəflənib. Amma, eyni zamanda ekspert və investorlar arasında keçirilən sorğu onu göstərir ki, hələlik 2016-ci ildə faiz dərəcələrinin artırılma ehtimalı azdır”.

O qeyd edib ki, bununla belə, 51% ehtimal var ki, FED dekabrda uçot faiz dərəcəsini artıra bilər. 

R.Həsənov əlavə edib ki, bu gün gözlənilən çıxışdan sonra valyuta bazarında dolların məzənnəsi möhkəmlənəcək. 

“Ümumiyyətlə, FED rəhbəri bu gün çıxışında bu məsələləri balanslaşdırmağa çalışacaq, valyuta bazarında dolların məzənnəsi müəyyən qədər möhkəmlənəcək. 

Dolların möhkəmlənməsi digər əmtəələrin qiymətinin də möhkəmlənməsinə təsir edəcək. Dolların möhkəmlənməsi isə öz növbəsində, növbəti dövrlərdə dünya bazarında neftin qiymətini aşağı salacaq”.

“Berenberg”in baş iqtisadçısı Holger Holger Schmiedingə görə, FED-in dekabrda faiz artımına getməsi daha çox iqtisadi göstəricilər ilə bağlı olaraq dəyişəcək. 

Schmiedingə görə, ABŞ iqtisadiyyatı növbəti dövrlərdə ilin ilk yarısından daha yüksək göstəricilərə nail olarsa, bu halda dekabrda fazilər artırıla bilər. 

Onun sözlərinə görə, çıxışda pul siyasəti ilə bağlı fikir gözləyənlər xəyal qırıqlığı yaşayacaq.

Başqa bir analitik isə qeyd edir ki, Yellen budəfəki çıxışında növbəti dövrlərdə faiz artımına gedəcəyi ilə bağlı siqnallar verəcək. 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et