Fed Nədir? Fed faiz artırarsa, Dollar ilə nə baş verər? | Banco.az

Fed Nədir? Fed faiz artırarsa, Dollar ilə nə baş verər?

Fed Nədir? Əsasən son illərdə adını çox sıx eşitməyə başladıq. “Fed faiz artırarsa dollar ilə nə baş verər?” kimi suallar mütləq qarşınıza çıxmışdır. Son olaraq Fed’də rəhbər olaraq Jerome Powel seçildi, lakin digər namizədlərin adları belə bazara müəyyən dərəcədə tısir edə bilirdi.

Nədir Fed, Nə işlə məşğuldurlar? Fed’in faiz qərarı nə üçün bu qədər əhəmiyyətlidir? Bütün bu kimi suallara cavabı bu yazıda tapa bilərsiniz.

Fed Nədir?

Qısaca ABŞ-ın mərkəzi bankı kimi adlandır bilərik. Səlahiyyətləri baxımından Mərkəzi Bank kimi görünsə də iş prosesi daha fərqlidir. Belə ki, Banklar öz ərazilərində 12 Mərkəz Bankı qurur. Hər Mərkəz Bankının doqquz üzvlü idarə heyyəti var. Bu doqquz üzvün altısı pay sahibi banklar tərəfindən təyin olunarkən, digər üçü mərkəz (Fed) tərəfindən təyinatı həyata keçirilir. Bu sistemi Vaşinqton mərkəzindəki İdarə heyəti nəzarətdə saxlayır. İdarə heyyətinin bir rəhbər, bir də köməkçi daxil olmaqla ümumi 7 üzvü var. Bu qurum bütünlüklə ABŞ Prezidenti tərəfindən təyin edilib Konqresin təsdiqini gözləyir. Beləcə iplərinin dövlət tərfindən əldə saxlanıldığı yarı dövlət yarı özəl bi sistem ortaya çıxır.

Fed qərarı nə qədər vacibdir?

Fed’in faiz qərarı və açıqlamalarının bu qədər önəmli olmasının başlıca səbəbi, dünyanın ən böyük iqtisadi gücü olan ABŞ-ın pul siyasətinin şəkilləndirməsidir. Fed’in alacağı qərarlar ABŞ ilə məhdudlaşmır, çünki dollara istiqamət verir.

Bütün dünyada bir çox insan “Fed faizi artırar?” sualını düşünərək hərəkət etməkdədir. “Artan Fed faizi dollar, qızıla necə təzahür edəcək” ehtimallarını hesablayıb, analiz edərək yatırımlarını həyata keçirməkdədirlər. Ona görədə Fed faiz qərarları dünya iqtisadiyyatında ən çox müzakirə olunan mövzulardandır. Deyil Fed’in faiz qərarının açıqlanması, buna dair hər hansı ehtimal bildirişi belə dolların hərəkətlənməsinə yol açır. Bu açıqlamanın kim tərəfindən edildiyi də vacibdir əlbətdə.

Ölkələrin  xarici ticarətlərində dollar istifadəsi və günümüzün ən vacib qaynaqlarından neftin satışının dollar ilə həyata keçirilməsi Fed bəyanatlarının və qərarlarının təsirini bütün dünyaya yayır. Pis tərəfi isə ABŞ iqtisadiyatında sarsıntılar digər ölkələrdə əhəmiyyətli dərəcədə hiss edilir. İnkiaf etməkdə olan ölkələr cari kəsri balanslaşdırmaq üçün xarici maliyyəyə ehtiyac hiss edirlər. Fed faiz qərarı artım yönündə bəyan edilərdə bu ölkələrə mənfi təsir edərkən aşağı faizlər müsbət təsir göstərməkdədir.

Fed-in pul siyasəti artıq sadecə faiz qərarı deyil. Fed 2008-ci ildəki böhranın ənənəvi üsullarından qırağa çıxdı. Böhrandan çıxmaq üçün rekord dərəcədə aşağı faizlər və aktivlərin alınması proqramını başlatdı. Bu siyasətlərin nəticəsi bazarlar da təsir etdi və beynəlxalq bazarlarda əsas exchange vasitəsi olan dollar təklifini artırdı. Bu vəziyyət Fed qərarlarının vacibliyini beynəlxalq iqtisadiyyat üçün önəmli səviyyəyə gətirib çıxartdı.

Fed faiz artırarsa dollar ilə nə baş verər?

Kiçik də olsa təsərrüfatlarını dəyərləndirməyə çalışan investorlar belə “faiz atırarmı?” deyə düşünməkdədir. Bunu nəticəsində Fed faizləri artırarsa dollara nə olar sualı ortaya çıxır.

Ümumi olaraq Fed faizi artırarsa dollar artar. Çünki bir ölkədə faizlərin artması vəziyyətində pulunuzu riskə atmadan faiz vasitəsiylə dəyərləndirmə şansınız olacaq. Beləcə sizə daha çox faiz verən ölkənin valyutasında pulunuzu cəmləşdirməniz məntiqli olar. Lakin çox faiz verən ökkələrin bir qismi etibarlı olmaya bilər. İqtisadiyyatları sağlam olmaya bilər. Bu səbəblə investorlar İEOÖ-ə yanaşmaya bilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Əgər İEÖ olaraq ABŞ üçün Fed faizi artırırsa dollar artacaq. Fəqət burda diqqət edilməsi lazım olar bir nüans, əvəvvəlcədən qiymətləndirmə məsələsidir. Əgər faiz artırılması mövzusunda Fed açıqlaması əvvəlcədən gəlibsə, yəni iş sadecə faiz qərarının açıqlanması qalıbsa onda bu vəziyyət əvvəlcədən qiymətləndirilir. Qabaqcaq yer tutmaq istəyən investorlar necə olsa faizlərin artırılacağını düşünüb dollara yüklü miqdarda yatımlarını həyata keçirərlər. Fed’in qərar anı gəlib çıxanda dolların vəziyyəti məlum, qiymətlər düşməyə başlayır.

Fed’in faizi artırarsa qızıl ilə nə baş verər?

Fed-in faiz qərarı qızıla da təsir edir. Çünki ümumən dollar ilə qızılın tərs olaraq hərəkət etdiyini görürük. Burada nəzərdə tutulan qram yox uns. Qızıldır. Aşağıdakı qrafikdə qızıl ilə Fed qərarı arasındakı əlaqə göstərilib. Əsasən 90-cı illərdən sonra Fed faiz qərarı və qızıl arasındakı əlaqəni görmək mümkündür.

FED rəhbəri necə seçilir?

ABŞ Prezidenti, Fed rəhbərinin adını açıqlayır. Əgər senator da təsdiq edərsə 4 illik fəaliyyətinə başlayır. Hal-hazırda Jerome Powell rəhbərliyi altında fəaliyyətinə davam edir.

FED-in vəzifələri.

  • Pul emissiyası və dövrüyyəyə buraxılması.
  • İnflyasiya və məzənnənin idarə edilməsi üçün faiz dərəcəsini təyini
  • Bazarın pul təklifi və kredit ehtiyacını hesablanması.
  • Etibarlı və problemsiz bankçılıq anlayışının ehtiva edilməsi
  • Bankların yoxlanılması və təşviqi
  • Böhranlara əngəl olabilmək üçün nağd ehtiyaclarını qarşılanması və ABŞ hökuməti üçün maliyyə nümayəndəliyi kimi çıxış etməsi.

FED orqanları.

  1.  İdarə heyəti
  2. Federal Açıq Bazar Komitəsi
  3. 12 Mərkəz Bankı
  4. Üzv Banklar
  5. Nümayəndəliklər.

 

Fuad VAHABZADƏ, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et