FED-in bu tarixdə rekord faiz artımı edəcəyi proqnozlaşdırılıb | Banco.az

FED-in bu tarixdə rekord faiz artımı edəcəyi proqnozlaşdırılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” FED-in uçot dərəcəsini mart ayında 5 faizə çatdıracağını proqnozlaşdırıb.

Banco.az xəbər verir ki, qlobal bazarların əsas gündəm mövzusunun FED-in faiz qərarı olduğu bir vaxtda məşhur qurumlardan monetar sərtləşdirmə ilə bağlı analiz və proqnozlar gəlməkdədir.

Bu qurumlardan biri olan ABŞ-ın transmilli investisiya bankı “Goldman Sachs” FED-in 2023-cü ilin mart ayında uçot dərəcəsini 4,75-5 faiz aralığına qaldıracağını proqnozlaşdırıb. Bununla da, bankın iqtisadçıları əvvəlki pik proqnozlarını 25 baza bəndi artırmış olurlar.

İqtisadçılar uçot dərəcəsinin mart ayında proqnozlaşdırdıqları ən yüksək səviyyəyə çatması üçün bu həftə 75 baza bəndi, dekabrda 50 baza bəndi, gələn ilin fevral və mart aylarının hər birində isə 25 baz bəndi artım olacağını gözləyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et