Mərkəzi Bank - Ölkənin kredit sisteminin mərkəzində duran Mərkəzi Bank “Banklar Bankı” kimi çıxış edir və ona iqtisadi baxımdan bir çox vəzifə və fünksiyalara verilmişdir. Hər şeydən əvvəl, Mərkəzi Bank son kredit instansiyasıdır. Qanunvericiliklə ona verilmiş hüquqdan istifadə edərək bank sistemini tənzimləyir, onların iqtisadiyyata təqdim etdiyi kreditləri və depozit qəbulunu dolayı yolla müəyyən edir. Mərkəzi Banklar dövriyyədəki nağd pulun emitentidir və iqtisadiyyata pul təklifinin əsasını təşkil edən pul bazasını əlində olan pul siyasəti alətləri ilə müəyyən edir. Milli pulun daxili və xarici dəyərini qoruyur. Hökumətə maliyyə və iqtisadi məsələlərdə müşavirlik edir. Mərkəzi Bankın fəaliyyətinin əsas məqsədi öz səlahiyyətləri daxilində qiymətlərin sabitliyini və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
Kommersiya bankları - Kredit- maliyyə qurumlarının ən ilkin və geniş yayılmış forması bankların da daxil olduğu depozit institutlarıdır. Banklar fiziki şəxslərdən, firmalardan, dövlət orqanlarından tələb edilənədək və müddətli hesablar qəbul edir və öz növbəsində onları kredit olaraq təqdim edir və ya ayrı-ayrı iqtisadi subyektlərin qiymətli kağızlarına yerləşdirir, investisiyaların həyata keçirilməsində iştirak edir.
Kommersiya banklarının fəaliyyəti hər bir ölkənin bank qanunvericiliyi ilə tənzimlənir. Bəzi ölkələrdə onların fəaliyyətinə daha məhdud hüquqi çərçivədə, bəzilərində isə bir qədər geniş çərçivədə imkan verilir. Bütün kommersiya banklarının bəlli iki funksiyası vardır: borc almaq və borc vermək. Borc almaq çox zaman əmanət şəklində, borc vermək isə kredit şəklində ortaya çıxır. Kommersiya banklarının bank sistemi içərisində ən önəmli fəaliyyətlərindən birisi də bank pulunu yarada bilməsidir. Bank pulu banka qoyulan əmanətin məcburi ehtiyat normalarına ayrılan miqdarı çıxıldıqdan sonra, təkrar kredit olaraq verilməsi nəticəsində olur. Bank pulu çek sisteminin uyğunlaşdığı ölkələrdə bö- yük bir rola sahibdir.
Aqrar banklar - kənd təsərrüfatı sahə fəaliyyətinin digər ticarət və sənaye fəaliyyətlərindən fərqli olmasına görə dünya ölkələrinin çoxunda aqrar iqtisadiyyatına yönəlik dövlət tərəfindən qurulan banklardır.
Xalq bankları - iri və orta ölçülü şirkətlərin uzunmüddətli kreditə olan ehtiyacını qarşılamaq üzrə qurulan banklardır. İnvestisiya bankları daha çox kapital bazarının inkişaf etdiyi ölkələrdə xalqın qısa və uzun bir müddət üçün istifadə etmədiyi əmanətləri ilə şirkətlərin və dövlətin uzun müddətli kreditə olan ehtiyaclarının qarşılanınasında vasitəçi olurlar.
İnvestisiya bankları - şirkətlər tərəfindən ixrac edilmiş qiymətli kağızların bir hissəsinin satılmaması halında özü satın almanı qəbul edə bilər. Bu əməliyyata öhdəliyin satışı deyilir. Bank bu qarantıyla bir növ şirkətin ixrac edəcəyi qiymətli kağızları sığorta etdirməkdədir. Bu əməliyyatdan bank iki şəkildə gəlir əldə edər. İlk olaraq, satışında vasitəçilik etdiyi qiymətli kağızlar üzərində müəyyən bir komisyon alır. İkinci olaraq da qaranti komisyonu alır. Bu qaranti komisyonu qaranti etdiyi (satışını) sənədlərin dəyəri üzərindəн alınır.
İnkişaf bankları - daha çox sərmayə bazarının inkişaf etmədiyi və ya sərmayənin qıt olduğu ölkələrdə ortaya çıxmışdır.
İstehlak bankları - xidmətlərini istehlakçılara təklif edir.
Universal banklar - bütün finans xidmətlərini təklif edən qurumlardır.
İpoteka bankları - Dünya praktikasında ipotekanın əsas iki modeli amerikan və alman modeli istifadə edilir. İkisəviyyəli ipoteka krediti sxemi adlandırılan amerikan modelində ilkin ipoteka bazarında verilən ipoteka kreditləri daha sonra xüsusi yaradılmış agentliklər tərəfindən satılır ki, bu agentliklər də qiymətli kağızların buraxılışı yolu ilə onları skyuritizasiya edə bilir. Birsəviyyəli ipotak krediti sxemi adlandırılan alman modelində isə ipoteka kreditini vermiş banklar sərbəst şəkildə qiymətli kağızların buraxılış yolu ilə ipoteka kreditini yenidən maliyələşdirə bilir.
İslam bankları - İlk İslam bankı 1963-cü ildə Misirdə qurulmuşdur. Lakin, ilk müasir İslam bankı 1971-ci ildə Qahirədə Ənvər Sadatin əmri ilə qurulan Nasir Sosial Bankıdır. Bu bank daha çox sosial rifah təşkilatı kimi fəaliyyət göstərmiş, yəni xəstəlik, evlənmə və ölüm kimi səbəblərə xərclər çəkmək məcburiyyətində olan yoxsul insanlara faizsiz yardım göstərmək məqsədi ilə qurulmuşdur. Daha sonra, 1975-ci ildə Ciddədə kral Faiselin dəstəyi ilə İslam Konfransı təşkilatına üzv olan ölkələrin iqtisadi inkişaf proqramlarını islam prinsipləri çərçivəsində dəstəkləyən - "İslam İnkişaf Bankı" qurulmuşdur. İslam bankçılığının ən başlıca özəlliyi, İslam dinində faizin haram sayılması səbəbi ilə, faizsiz iqtisadi sistemin inkişaf etdirməsinə yardım göstərməkdir. İslam bankının dayandığı iki təməl prinsip vardır: pulun bir mal deyil, bir mübadilə vasitəsi, bir hesab ölçüsü olması; əməyini ortaya qoyanla sərmayəsini ortaya qoyanın işin nəticəsinə görə ortaq məsuliyyət daşımalıdır. Mənfəət və ya zərərə şərikdirlər.