Facebook Lite artıq iOS cihazlarda dəstəklənməyəcək | Banco.az

Facebook Lite artıq iOS cihazlarda dəstəklənməyəcək

Tamara Mustafayeva, Banco.az

Facebook şirkətinin kiçik həcmli yaddaşa və məhsuldarlığı aşağı olan prosessorlara malik smartfonlar üçün nəzərdə tutduğu "Facebook Lite" tətbiqi artıq iOS cihazlarda aktiv olmayacaq.

Sosial media nəhəngi ilk dəfə 2015-ci ildə Lite tətbiqini istifadəyə vermiş, əvvəl Android, daha sonra isə iOS istifadəçilərinin bəyənisinə təqdim etmişdi. Ancaq son günlərdə iOS cihazlar vasitəsilə sözügedən tətbiqə daxil olanlar müvafiq bildirişlə qarşılaşıblar.

Şirkət rəsmilərindən biri məsələ ilə bağlı açıqlama edərək bildirib ki, aşağı istifadə göstəricisi və tətbiqlərimizi yeniləmək üçün atdığımız addımlar səbəbilə artıq iOS cihazlarda istifadəçilər "Facebook Lite" tətbiqindən istifadə edə bilməyəcək. Qeyd edək ki, açıqlamada tətbiqdən az istifadə edilməsinə dair ifadələr xüsusi diqqət çəkir.

Xatırladaq ki, Facebook bir müddət əvvəl Lite tətbiqin 200 milyondan çox istifadəçisi olduğunu, Android cihazlarda isə endirilmə sayının 1 milyardı keçdiyini bildirmişdi. Ancaq son dövrlərdə smartfon istifadəçilərinin yeni modellərə yönəlməsi ilə birlikdə Lite tətbiqinə də marağın azaldığı görülür. Bununla da, Lite tətbiqinin əvəzinə standart Facebook tətbiqindən istifadəyə üstünlük verilir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Facebook və Vikipediya əməkdaşlığa başladı

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et