Facebook və Vikipediya əməkdaşlığa başladı | Banco.az

Facebook və Vikipediya əməkdaşlığa başladı

Tamara Mustafayeva, Banco.az

Facebook istifadəçiləri hər hansı bir informasiyanı axtarış etdikləri zaman onlara Vikipediyadan məlumatlar təqdim ediləcək.

Sosial media nəhəngi Facebook dünya üzrə 2.5 milyarddan çox istifadəçi sayına malikdir. Sonsuz informasiya axınının reallaşdığı bu platformada insanlar bir çox mövzuda məlumatlana bilirlər. Bildiyimiz kimi, sosial medianın son illərdəki ən böyük problemi əsassız informasiyaların yayılmasıdır.

Odur ki, şirkətlər belə halların qarşısını almaq üçün böyük səylə mübarizə aparırlar. Məsələ ilə bağlı ciddi addımlar atan şirkətlərdən biri də Facebook hesab edilir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, şirkətin sınaq mərhələsində olan yeni funksiyasının sayəsində istifadəçilər axtarış nəticələrində Vikipediya səhifələrini görəcəklər.

Facebook, Wikipedia Sayfalarını Gösterecek

Vikipediya ilə həyata keçirilən bu əməkdaşlıq çərçivəsində ilk olaraq dünya üzrə tanınmış insanlar üçün edilən axtarışlarda vikipediya nəticələri göstəriləcək. 

Facebook şirkətinin sözügedən funksiyanı tətbiq etməkdəki başlıca məqsədi əsassız informasiyaların yayılmasına mane olmaqdır. Bu funksiya sayəsində Vikipediya platforması da daha çox istifadəçi tərəfindən ziyarət ediləcək. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, şirkət hazırda bu funksiyanı sınaq mərhələsindən keçirir və yaxın günlərdə istifadəçilərin ixtiyarına verməyi planlaşdırır. Vikipediya məlumat kartları iOS, Android və masaüstü tətbiqi üçün əlçatan olacaq.

Həmçinin oxu: İki böyük avtomobil şirkəti güclərini birləşdirir

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et